Page 435 - antologiya
P. 435
dət Əkici 435

ğına qoyub: “Bu oğlana nә olub belә? Yoxsa aşiq olub?” –
deyәrәk heyrәtlә arxamca baxacaq. Fikir vermәyәcәyәm.

Kimsәnin qәlbini qırmayacağam. Qabağıma çıxan ilk
adama gözlәrimlә gül dәstәlәri bağışlayıb: “Sabahınız
xeyir!”, – deyәcәyәm. Tanışlarla zarafatlaşacağam.

İndiyә qәdәr cәsarәt elәmәdiyim bir şeyi dә edә-
cәyәm: saçlarımı Alen Delonsayağı jestlә yana atıb
Çiydәmgilin evinin qabağından keçәcәyәm. Әl elәyib
salamlaşacağam. Ovcuma gül nәfәsimi üflәyib uzaqdan-
uzağa hava öpüşlәri göndәrәcәyәm. Mәndәki bu cәsarәtә,
şübhәsiz ki, o da heyrәtlәnәcәk. Bәlkә dә, ürәyindә
deyәcәk ki, “Dәlinin hәrәkәtinә bir bax! Bunun hesabını
mәnә verәcәksәn!”

Dedim axı, bundan sonra heç bir şeyin dәrdini çәk-
mәyәcәyәm. Artıq hәr işi ölçüb-biçmәyә tövbә!

Hәkim dә demәdimi? Sarı zәrfin içindәki rentgen
kağızlarına baxıb: “Bunları etmәlisәn” – demәdimi? “Hәr
xırda şeyә hirslәnmәmәlisәn, hәr şeyi ürәyinә salmama-
lısan, әt, süd, yağ, bal yemәlisәn, daim deyib-gülmәlisәn”
demәdimi? Necә olsa, keçmiş qaranlıq, gәlәcәk dә ümid-
sizdi. Bundan sonra hәkimin dediyi kimi yaşayacağam.
Meyxanaların gecәquşusu, barların şahı, kafelәrin bülbülü,
klubların lotusu mәn olacağam. Qulaqlarımda qulaqcıq,
küçәdә dә oynaq repә qulaq asacağam. Öz qınıma çәkilib
qalmağı birdәfәlik tәrk edirәm. Ayağım hara, başım da ora –
hәr yeri gәzib-dolaşacağam. Bütün mәsuliyyәti boynum-
dan atıb, arsız olacağam.

Onsuz da olan olub. Yol uzun, ömür qısa. Xilasım
әhli-keflikdәdirsә, niyә özümü bu boşluğa buraxmayım?

Görәsәn, belә yaşaya bilәrәm? Xilas ola bilәrәm?
Hәyatımı dәyişә bilәrәm? Ümid nәdir? Ümid, sonu
bilinmәyәn bir yol!
   430   431   432   433   434   435   436   437   438   439   440