Page 430 - antologiya
P. 430
Türkiyə ədəbiyyatı antologiyası

Bax elә bu zaman ulu bir çinara söykәnmәk ehtiyacı
hiss edirdim. Keçid dövrümün fikir qarma-qarışıqlığından
mәni çıxarmaq istәyәn müәllimim axtarışlarımın qor-
xaqlıq, reallıqdan qaçış olduğunu deyәndә etiraz edirdim:
“Bu “mübarizә” dediyimiz proses qütblәşmә yaradaraq
süni qәhrәmanlar ortaya çıxarır, adamları bir-birinә
düşmәn elәyir”. O isә mәni başımdan böyük danışmaqda
ittiham edir, bibimin dünyasına kinayә ilә yanaşırdı. Ancaq
mәn haqlı çıxdım. Müәllimimdәn öyrәndiklәrimin hamı-
sını unutdum, amma bibimin hәyatı hәlә dә mәnә
istiqamәt verir. Bibimin bu dünyada qovub çatmaq istәdiyi
bir şey yox idi. Hәyat onun üçün qәlbindәn düşüb yolunu
işıqlandıran bir nur kimi zәrif titrәyişdәn başqa, bir şey
deyildi. Bütün hәyatı bir yumaq kimi ovcunun içindәydi.
Qәlbinin dәrin, zәrif sızıltıları ona yenidәn ehtirassız hәyat
qurmaq gücü qazandırmışdı. Ona görә biz istәsәk dә,
430 istәmәsәk dә, hәr şey öz axarıyla gedir, insanlar axmaq
olduqları üçün boş şeylәrdәn ötrü özlәrini hәlak elәyirlәr.
Bibimsә ağac köklәri kimi torpağın altından axan sulara
yetişmişdi. Bibimә yazığı gәlәn adamlar onun öz xiffәtin-
dә tapdığı rahatlıqdan vә dәrinә işlәyәn mәnәvi köklә-
rindәn xәbәrsiz idilәr.

Nişanlım evimizә tez-tez gәlmәyә başladı. Bibimin
ona qarşı әvvәlki münasibәti dәyişmişdi. Mәnim xәtrimә
dәymәmәk üçün çox şeyi gizlәdirdi, amma işlәrin yaxşı
getmәdiyini hiss edirdim. Mәsәlәnin nә olduğunu
bilmәdiyim üçün çox dәrinә getmәyәrәk sәbirlә gözlәdim.
Bibimin mәndәn gizlәtdiyi mәsәlәni, deyәsәn, yavaş-
yavaş anlamağa başlamışdım. Nişanlım bibimә yuxarıdan-
aşağı baxaraq onu evdә qalmış, qarımış qız kimi görürdü.
Әvvәllәr onun bu rәftarına fikir vermir, mәsәlәni qәliz-
lәşdirmәk istәmirdim, amma son vaxtlar hәrәkәtlәri mәni
lap tәngә gәtirdi.
   425   426   427   428   429   430   431   432   433   434   435