Page 428 - antologiya
P. 428
Türkiyə ədəbiyyatı antologiyası

xoşluqla yoluna qoyurdu. Atam arvadının hiylәsini başa
düşsә dә, bibimin xәtrinә dәymәmәk üçün razılaşırdı.

Bacılarımın üçü dә gәlin köçdükdәn sonra bibim
mәnimlә daha çox mәşğul olurdu. Halbuki uşaqlıq illәrim
arxada qalmış, mәktәbi bitirmişdim. Әslindә böyüklәrin
himayәsindәn çıxıb sәrbәst olacaq yaşda idim. Ancaq
әksinә, bibimә daha çox bağlanmışdım. Öz hәyatından çox
danışmasa da, onun iç dünyasına çox yaxınlaşmışdım:
hәyat hekayәsi, sәdaqәti, sevgisi günbәgün gözümdә
böyüyür, ona mәhәbbәtim, hörmәtim daha da artırdı. Mәn
onu taleyin zәrbәlәri qarşısında müvazinәtini itirmәdiyinә,
qәtiyyәtinә, doğru bildiyi şeydәn bir addım da geri
çәkilmәdiyinә görә sevirdim. O, mülayim olsa da, cid-
diydi, kövrәk olsa da, gülәrüz idi, sakit olsa da, ünsiyyәtcil
idi, yaşlı olsa da, diriydi…

Altmış yaşına çatmış bibimin cavan qız kimi qoçaq
428 olduğuna görә anam hәsәd aparırdı, onu bacılarıma

nümunә göstәrirdi. Bacılarımın üçü dә bibimә oxşamaq
istәyir, bir-biriylә bәhsә girib, kimin daha bacarıqlı
olduğunu göstәrmәyә çalışırdılar. Bilirdilәr ki, yaxşı qız
bibisinә çәkәr. Bibim gec yatıb, tez durur, ancaq hәmişә
gümrah olurdu. Evimizin zәngli saatıydı: bizi Ramazanda
obaşdan, adi günlәrdә sәhәr namazına oyadırdı. Hәr gün
namaz vaxtlarını yadımıza salırdı. Bibimin, bizdәn fәrqli
olaraq, böyük hәyat tәcrübәsi vardı, elә buna görә dә
arxalandığı, inandığı prinsiplәr daha aydın idi: mәsәlәn,
bizi narahat edәn mәsәlәlәr ona tәsir elәmәz, onu
kәdәrlәndirәn hallar isә bizә çox adi gәlәrdi.

Dediyim kimi, o, qohum-qonşunun, tanış-tunuşun –
hamının xalaqızısıydı. Ona görә evimizin qapısı hәmişә
camaatın üzünә açıq idi. Bibimin insan sevgisi onu
başqalarının gözündә övliya sәviyyәsinә qaldırmışdı.
Hamını sәbirlә dinlәyir, hamının dәrdinә şәrik olurdu deyә
adamlar öz sıxıntılarını ona danışanda xeyli rahatlaşırdılar.
   423   424   425   426   427   428   429   430   431   432   433