Page 429 - antologiya
P. 429
seyn Su 429

Fikirlәşirәm, görәsәn, bibim gülәr üzlә qarşıladığı bu
adamlara nә deyirdi? Yәqin ki, “sәbir elә, hәr şey keçәr,
Allah kәrimdi, nә istәsәn, ondan istә, verәcәksә, o verәcәk,
biz kimik ki, insandan qışda qar ala bilmәzsәn...” kimi
sözlәr. Başqa nә desin ki, uşaqlığından bәri Qurandan
başqa, heç nә oxumamışdı. Hәzrәt Әlinin cәnglәrini vә
Peyğәmbәrin vәfatını axşamlar bizә, gündüzlәr bulaq
başına gedәn qız-gәlinә tez-tez danışırdı. Bәlkә, hәm dә
buna görә hәr kәsin gözündә vә könlündә mәnәvi ucalıq
qazanmışdı.

O, әvvәllәr sadә bir xalaqızıydı. Sonra övliya bir qa-
dın oldu.

Onun mәnәvi ucalığa doğru addım-addım yaxın-
laşdığını nә özü hiss elәmişdi, nә dә biz. Qadınlar yuxu-
larını yozmaq üçün yaxından-uzaqdan onun yanına gәlir,
yuxuyozmalarının xeyirli olacağına inanırdılar. Hamilә
qadınlar sağ-salamat doğmaq üçün bibimә dua oxut-
dururdular. Halbuki bildiyi, namazda oxunan dualar idi.
Tәzә doğulmuş körpәlәrin adlarını da ona qoydururdular.
Yәqin, elә buna görә toylarda, bayramlarda yaxınlar bir
yerә toplaşanda eyni adla çağırılan uşaqların sayı çox
olardı. Gәnc qızlar arzuları, qadınlar әrlәri vә uşaqları,
xәstәlәr sәhhәtlәri üçün bibimin duasını alardı.

Mәnim bibim әtrafda baş verәn bu qәdәr hadisәlәrin,
yanına gәlib-gedәn bu qәdәr insanın, bu qәdәr arzu-dilәyin
arasında su kimi duru qalan adam idi, insanların hәyat-
larında bu qәdәr problemlәri görsә dә, nikbinliyini,
saflığını itirmәyәn adam. Bütün günü yaşamaq uğrunda
naqisliklәrlә dolu mübarizәdә yorulan atam da axşam evә
qayıdanda bibimin bu tәmiz dünyasında dinclik tapırdı.
Qәhvәsini içәndәn sonra alnını sәccadәyә qoyarkәn vә
bizim hәlә bu qaç-qovun çirkabına bulaşmamış üzümüzә
baxıb rahatlıq taparkәn mәni tәrәddüdlәr tәrk etmirdi: bu
yol nümunә götürülәsi yoldumu?
   424   425   426   427   428   429   430   431   432   433   434