Page 431 - antologiya
P. 431
seyn Su 431

Bibimin qabağında ayağını ayağının üstünә aşırıb tә-
kәbbürlә oturmağı, bibim iş görәndә üzünü yana çevirmәsi
mәni özümdәn çıxarırdı. Yenә dә ümidimi üzmür, bu
davranışa son qoyacağını gözlәyirdim. Amma nә fayda?!
Axır ki, içindә gizlәnmiş naxәlәfliyi üzә çıxarıb hәm
özünә, hәm mәnә, hәm dә bibimә son zәrbәni vurdu. Әsas
da bibimә... Çünki biz unudacaqdıq, ancaq bibimin çat-
lamış könül divarı uçulub-dağılacaqdı.

Bibim, bәlkә dә, onun xoşuna gәlәcәyini düşünәrәk
sandığında mәnә saxladığı boğçanı gәtirmәk üçün otağına
keçdi. Biz ikimiz oturmuşduq. Saçlarını geri ataraq:
“Nәyimә lazımdı, bu köhnә-kürüşü neylәyәcәm?" –
deyәndә dilimi dişlәdim. Ancaq iş-işdәn keçmişdi. Bibim
әlindә sarı naxışlı yaşıl boğçayla içәri girdi. Deyәsәn, onun
da ürәyinә dammışdı: sifәtindә ürkәk bir tәbәssüm
dolaşırdı. Bibimin ona göstәrdiyi şeylәrin içindәn tәkcә
süfrәni vә divan üzlüyünü әlinә alıb baxandan sonra
kәnara atdı. Bibim kәhrәba tәsbehi mәnә verdi. Xam bar-
maqlar arasında sürüşәn tәsbeh dәnәlәrinin çıxartdığı
şaqqıltı sәsi ürәyimin döyüntüsünü artıra-artıra otaqda әks-
sәda verirdi. Bibim boğçasından açıq-qırmızı rәngdә bir
cüt çәkmә çıxardı. Belә ayaqqabılara bizim yerlәrdә
“gülşәftәli yәmәni” deyirlәr. Heç geyilmәmişdi. Qırış-
masın deyә, çәkmәnin içinә tәpilmiş bezi çıxarıb mәnә
uzatdı. “O vaxtlar ona almışdım, sonra sәnә saxladım,
sәnin qismәtinmiş” – deyәndә sifәti qızardı, titrәk әllәrini
boşalan boğçaya dolayıb gizlәdi. Çәkmәlәrin tarixçәsi
mәni sarsıtmışdı, dәri vә naftalin qoxusundan başqa, heç
nә hiss elәmirdim. Onları nişanlıma verdim. İki barma-
ğıyla etinasız halda çәkmәnin ipindәn tutub istehzayla
gülәrәk yana qoydu. Onun gülüşü bir dәyirman daşı kimi
bibimlә mәnim ürәyimin üstünә düşdü. Sonra da bir
cümlәylә o dәyirman daşını fırlatdı: “Zövqsüzdü, çox
köhnәdi”. Sәsinin belә soyuq vә kobud olduğunu әvvәl dә
   426   427   428   429   430   431   432   433   434   435   436