Page 438 - antologiya
P. 438
Türkiyə ədəbiyyatı antologiyası

Yüz minlәrlә ağ kәpәnәk göydәn yerә sәpәlәnir. Toz-
qanadlı incә kәpәnәklәr... Düşdüyü yerdә qәrar tuta
bilmәyәn zәif, xәstә kәpәnәklәr... Hәlә pәncәrә şüşәsinә
dәyib canlarını tapşıranları demirәm: әriyib göz yaşı kimi
hәzin-hәzin yuxarıdan-aşağı axırlar. Qar mövsümü, qar
sәsi üçün darıxdığımı başa düşürәm. Sonra da qarla birgә
әriyib yox oluram.

Әdәbiyyat müәllimimiz Münir bәy içәri girir. Ayağa
qalxıb otururuq. Qısaboy, yaşılgöz, qırmızısifәt, kök bir
adam... Köntöy görünüşü olsa da, hissiyyatlı, kübar bir
adam:

– Elhani-Şitayı açıb oxuyaq, – deyir.
Açırıq. Gur, gözәl sәsiylә şeiri oxumağa başlayır.
Qarın yağmasıyla oxuduğumuz mәtnin estetik uyğunluğu-
nun tәsadüfi olduğuna inanmıram. Hәr zamankı kimi
gözәl vә tәsirli danışır. Sәrvәti-Finun әdәbiyyatından bәhs
438 edәrәk, onların Tanzimatçı yazıçıların mәzmun tәrәfkeş-
liyinә forma vә üslub tәәssübkeşliyi ilә cavab verdiklәrini
deyir…
Beynimdәki fikir tufanı yaxamı buraxmır ki burax-
mır. Başımda dәhşәtli bir ağrı var, gicgahım dağılır. Elә
bil boğazımdan içәri әrimiş qurğuşun töküblәr, yox olub
gedirәm. Ümidlәrimi yıxan o hәkim haqqında düşünürәm.
Sonra da yazıq bәdәnimi kolbasa, sosis vә qırmızı şәrabla
çәrçivәlәyәn fәlsәfәciyi... Paytaxt vurğunu olan bir şair
әhli-kefliyiylә qabağıma çıxan hәyat... Gәlәcәyimi, işığa
olan yarasa nifrәtiylә düşünәn mәnliyimi... Sabahı fikir-
lәşirәm. Vә başa düşürәm ki, bu bataqlıq dünya başıma
bәla açıb.
Başımı yenidәn sinfin sәrin divarına söykәyirәm. O
an zümrüd kimi yaşıl bir işıq bütün bәdәnimi sarır.
Titrәyirәm. “Ah, Çiydәm, nә olar, mәnә elә baxma” –
demәk istәyirәm, amma mümkün deyil... Gözlәrimi
   433   434   435   436   437   438   439   440   441   442   443