Page 405 - antologiya
P. 405
an Çeviksoy 405
Hirslә yumruğumu masaya vurdum. Otaqda elә bil
mәrmi partladı: divar titrәdi, divardan asılı şәkillәr yırğa-
landı, pәncәrә dә sәs çıxartdı, onunsa sәsi çıxmadı. Sadәcә
başını qaldırıb üzümә baxdı: elә rahat, elә sakit idi ki, elә
bil heç nә olmayıb. Hirslә qışqırdım:
– Yox, sәn insan deyilsәn!
Gözlәri bәrәldi. Sarsıldı. Lәhlәmәyә başladı. Onun
bu acınacaqlı halı da hirsimi soyutmadı. Әvvәlkindәn bir
az da uca sәslә dedim:
– Sәn insan deyilsәn!
Gözlәri az qala hәdәqәsindәn çıxacaqdı. Uzun mәsafә
qaçmış adam kimi tәngnәfәs idi. Sifәti qızarmışdı, әllәri
әsirdi. Elә hey udqunurdu – sanki boğazında nәsә
qalmışdı. Neçә hәftәdi ki, eyni sözlәri tәkrarlayan bu
adamın birdәn-birә belә dәyişmәyi mәni heyrәtlәndirdi,
hәtta hirsim dә soyudu. Artıq istәmirdim ki, getsin.
Titrәk bir sәslә dedi:
– Axı mәn dә insanam!
Gözlәri doldu, başını әyәndә gözündәn iki damla yaş
düşdü. Bir dә tәkrar elәdi:
– Mәn dә insanam.
Sәsi әllәrindәn çox titrәyir, gözlәrindәn çox ağlayırdı.
Bu sәs ürәkdәn gәlәn dua, layla kimi isti, mәrsiyә kimi
qәmli idi.
Sonra qәribә bir cәldliklә ayağa qalxdı. Dik durub
başdan-ayağa mәni süzәndәn sonra mәzlumların fәryadına
oxşayan bir sәslә:
– Bax, yaxşı-yaxşı bax! – Deyәrәk sinәsini sol tәrәf-
dәn barmaqlarıyla iki yerә bölüb, ürәyini mәnә göstәrdi.
Hәyәcandan, bәlkә dә, qorxudan gözlәrimi tor tutdu. Yaxşı
görә bilmәdiyimi başa düşüb, ürәyini köksündәn qoparıb
masanın üstünә qoydu.
Dәhşәtli mәnzәrә idi: ürәyinin salamat yeri qalma-
mışdı: çatlaq-çatlaq idi. Çatlayan yerlәrindәn qan damsa
da, döyünmәkdәydi.