Page 410 - antologiya
P. 410
Türkiyə ədəbiyyatı antologiyası

qorumuş, sәnin barmağına tikan batanda ürәyi ağrımışdı.
Sәninsә ağır yük altında qoyub getdiyin bu qadının sәnә
mәhәbbәtinә hörmәt bәslәdiyim, onu kövrәltmәmәk, onu
incitmәmәk üçün bunu demәdim.

Desәydim dә, tәrs-tәrs üzümә baxacaq, ağzını açıb
bir söz demәyәcәkdi. Amma bilirәm ki, düşünәcәkdi bu
barәdә, sәndәn danışmağımı istәsә dә, özünü o yerә
qoymayacaqdı. Bir bәhanә taparaq mәtbәxә, eyvana qaça-
caq, ya da qonşuya gedәcәkdi. Ancaq maraq bürüyәcәkdi
onu: sәninlә nә danışmışam, sәni evә çağırmışammı,
çağırmışamsa, niyә gәlmәmisәn? Mәnsә bu xәyali sual-
ların cavabında: “Qәfildәn göz-gözә gәldik deyә hәyә-
candan çaşıb әllәrimlә üzümü örtdüm, ana, gözlәrimi
açanda yoxa çıxmışdı…” – desәm dә, ardını gәtirә bilmәz,
danışmağa gücüm çatmazdı. Güzgülәrlә bәzәnmiş vitrinә
bir dә baxdım, atam yenә qarşımdaydı, güzgünün içindәn
410 mәnә baxırdı.

Necә deyim axı, ata?
Çünki güzgünün içindәn sәn deyildin mәnә baxan.
Güzgünün içindәki mәn idim, öz әksimi görürdüm. İyirmi
yeddi ildәn sonra sәnә daha çox oxşamışdım, ay ata, bu
hәqiqәti vitrinә ikinci dәfә baxanda kәşf etdim. İndi hәr
dәfә üzümü qırxanda, qalstukumu taxanda sәninlә üz-üzә
gәlirәm – güzgüdә, ata, güzgüdә!
Sәnin üçün çox darıxıram, ata!
Bunları anama deyә bilmәrәm...
Axı sirdir...
   405   406   407   408   409   410   411   412   413   414   415