Page 414 - antologiya
P. 414
Türkiyə ədəbiyyatı antologiyası
axmaq bir söz işlәtdi, di gәl indi bunu başa düş. İş-gücü
elә gic-gic danışmaqdı. Neylәsin axı, mühәrrikә qoşulan
adamın çәnәsi avtomat kimi işlәyәr dә. O danışdıqca
yanındakılar yorulur. Bәlkә, qaçıb getsinlәr? Yaxşı, bәs
hara gedәcәklәr? Birinin vәzifәsi susmaqdır, o biri dә iki-
sinin arasında get-gәllә başını aldadır. Bu müqәddәs
vәzifәlәrini necә atıb getsinlәr? Yanlarına gәlәn bir nәfәr
dә dayanıb onlara qulaq asır. Bәs buna nә ad qoyaq:
“kәnardan baxan biri”? Bәlkә dә, o, elә hey susan adamın
halına baxıb çaşıb: “Hmm, nә böyük insandı bu? Yәqin,
çox bilir. Dodaqlarının tәrpәnmәsi dә xarizmatikdi”.
Görәsәn, adama qulaq asmadan bu nәticәyә necә gәlә
bildi? Siqareti damağına qoymağından bәlli deyilmi?
Әjdaha birisi olduğu qaşını qaldırmağından da hiss olunur.
Bir bax, elә bil sifәti şәrәf abidәsidi.
Baxışlarında bir mәna olub-olmadığını bilmәk üçün
414 yaxınlaşıb göz bәbәyinә baxdı. Amma xeyri olmadı. Daha
doğrusu, xeyri o oldu ki, birdәn-birә avtomat kimi
danışmağa başladı. Görәsәn, bu qәdәr yaxınına getdiyi
üçün belә cuşa gәlmişdi, yoxsa biz sәhv başa düşmüşük?
İşә düşәn çәnә hәngamә qoparmağa başladı. Üzünә
sıçrayan tüpürcәklәrdәn xilas olmaq üçün әlini çәrәnçinin
üzünә atdı. Amma әli boşa çıxdı. Çünki çәrәnçi hәmin an
danışdığı mövzuya uyğun olaraq üzünü yana çevirmişdi.
Bax belәcә, ilk dәfә onun qabağında aciz vәziyyәtә düşüb
mәğlub oldu. “Axmaqlıq elәdim: ağzının içinә niyә girdim
ki, belә dә olsun. Uzaqdan da baxa bilәrdim” – düşündü.
Hәr şeyә burun soxmağın axırı budur. Belә bir vәziyyәtdә
dala çәkilmәk dә olmazdı: hәyat özü tәcrübә deyilmi?
Rahatlıqla yeni bir fәnd işlәdә, onu mәğlub edә bilәrdi.
Amma arası kәsilmәyәn bu çәrәnlәmә onun fikrini
dağıdırdı. Bu qәdәr danışan adama neylәyә bilәr axı? Bu
xasiyyәtini, çәtin ki, tәrgidә bilsin, bәlkә dә, özünü
sındırmaq istәmir, axı bütün ömrünü danışmağa hәsr edib,