Page 418 - antologiya
P. 418
Türkiyə ədəbiyyatı antologiyası

QAYA ALTINDA YUVAM OLSUN

Müharibәnin gәtirdiyi yoxsulluq baş alıb gedir,
aclıq hәr qapını döyüb, hәr evә girib, hamı bu
bәlanın girdabında boğulur. Onlardan biri dә Mәdinә
nәnәdi. O, Kәlkit qәsәbәsinin yaşı bilinmәyәn qocaların-
dandı...
Mәdinә nәnә çox yaşlanıb, әzablı illәr onu yaman
qocaldıb. Beli bükülәrәk әlağacına möhtac olub. Elә
arıqlayıb ki, bir dәri, bir sümük qalıb. Әlindәki ağac ol-
masa, bir addım da ata bilmәz. Gücsüz ayaqları sözünә
baxmır. Üzündәki qırışlar illәrlә çәkdiyi әziyyәtdәn xәbәr
verir. Әrinin Çanaqqalada şәhid olduğunu eşidәndәn
qaranlıq çökmüş dünyası işıqlanmır ki işıqlanmır.
Evinin dirәyi olan yeganә oğlu Mustafa әsgәrliyә
418 gedәndәn sonra ailәnin dolanışığı lap pislәşdi. Ondan bir
xәbәr-әtәr yox idi, elә bil gedәr-gәlmәzә getmişdi. Bu dәrd
Mәdinә nәnәni lap әldәn salmışdı.
Neçә hәftәdir, evindәn ayrı düşmüşdü. Günü, saatı
bilmirdi, hansı zamanda yaşadığını da unutmuşdu. Tәkcә
gecәylә gündüz arasındakı fәrqi görә bilirdi. Nәvәlәri nә
qәdәr israr elәsә dә, “balalarım, siz gedin, mәn qalıram,
Allah Kәrimdi, sizә yük olmaq istәmirәm”, – demişdi. İndi
nәvәlәri ilә getmәdiyinә görә peşman olurdu. Amma onu
da bilirdi ki, getsәydi, öz qoca yerişiylә onları lәngidәcәk,
çәtinlik yaradacaqdı. Uşaqlara әngәl olmağı özünә heç
vaxt bağışlaya bilmәzdi. Sağ olsun gәlini Güllü. Çox
zәhmәtkeş vә xeyirxah insandı: onu kürәyindә gәtirmişdi
bura qәdәr. Mәdinә nәnә taqәtdәn düşüb yolun ortasına
sәrilәndә onun gözlәri dolmuş, nә qәdәr yalvarıb-yaxarsa
da, getmәyә razı sala bilmәmişdi. Mәdinә nәnәni öz
arzusuyla, böyük qayanın cәnuba baxan tәrәfindәki
mağarada qoyub yollarına davam elәmәyә mәcbur
   413   414   415   416   417   418   419   420   421   422   423