Page 422 - antologiya
P. 422
Türkiyə ədəbiyyatı antologiyası

bürümüşdü. Mәlәk yenә qucağında oturub: “Nәnә, saçımı

darasana”, – deyirdi. “Baş üstә, quzum” desә dә, әlindәn

düşәn darağı tapa bilmәdi ki bilmәdi – elә bil yerin dibinә

batmışdı. Dikәlib әtrafa boylandı. Qayanın üstünә çıxdı.

Oradan hәr tәrәf ovcunun içi kimi görünürdü. İndiyәdәk

gözlәri belә itibaxışlı olmamışdı: çox uzaqları, hәtta

dağların arxasındakıları da görürdü. Ortalığı kölgәlәr

basmışdı, tanışlar, yadlar… onlarla siluet... Uzaqdan bir

әsgәr ona tәrәf gәlirdi. Yaxınlaşanda gördü ki, gәlәn illәrlә

yolunu gözlәdiyi әridir. Ona tәrәf qaçan әrini qucaqlamaq

üçün qollarını açıb, quş kimi uçmağa başladı. İndi artıq

mavi sәmaya doğru uçurdu. Sonsuzluğa...

Amma nәdәnsә әsgәr ona qoşulub uçmadı.

...Bayburt tәrәfdәn gәlәn bir qrup qaçqın Qәrb

istiqamәtindә irәlilәyirdi. Qabaqda gedәn Fatma adlı bir

qız uzaqdan quşların enib-qalxmağını gördü. O, bir

422 müddәt bu mәnzәrәyә baxıb babasını sәslәdi: “Baba, baba,
bura bax, bura bax”. Talıb baba nәvәsinin göstәrdiyi yerә

baxanda mәsәlәnin nә yerdә olduğunu başa düşüb:

“Yәqin, orada heyvan cәsәdi var, quşlar leşi yemәk üçün

şığıyıblar üstünә”, – dedi.

Atdığı daşlardan quşlar uçub-gedәndәn sonra Fatma

qayanın altına gәldi vә o andaca “Baba!” – deyә qışqırıb

yerә yıxıldı. Camaat ona tәrәf qaçanda yerdә bir qadın

cәsәdi gördülәr.

Talıb baba qabarlı әllәrini yana açaraq qışqırdı: “Tez

olun, uşaqları buradan uzaqlaşdırın!” Uşaqlar aralanandan

sonra qadınlardan biri Fatmanı kәnara çәkdi. O birilәr isә

yaşlı qadının parçalanmış nәşini sahmana salmağa

çalışdılar.

Talıb baba hüznlü sәslә:

– Yazığı ölüm burada haqlayıb, – dedi. – Neylәmәli,

artıq iş-işdәn keçib, gәlin onu elә bu qayanın altında dәfn

edәk. Demәli, alnına әbәdi bu qayanın altında yatmaq

yazılıbmış.
   417   418   419   420   421   422   423   424   425   426   427