Page 420 - antologiya
P. 420
Türkiyə ədəbiyyatı antologiyası

nә isә pıçıldayandan sonra arvadının verdiyi mavi boğ-

çayla mis qabı nәnәnin qabağına qoydu. Mәdinә nәnә

qarşısındakılara fikir vermәdi.

Namәlum adam:

– Pah atonnan... – deyib, deyinә-deyinә uzaqlaşdı.

Mәdinә nәnәnin gözü yol çәkirdi, sanki uzaqlarda

nәvәlәrini görmüşdü. Sonra oğlu yadına düşdü. Çoxdandı

hәsrәt qaldığı Mustafası, görәsәn, indi haradadı, hansı

cәbhәdә vuruşur? O, vәtәnini qorumaq üçün düşmәnlә üz-

üzә gәlәrkәn, burada arvad-uşağı vәtәni tәrk edirdi.

Ailәsinin başında olsaydı, nәvәlәri, gәlini belә sәrgәrdan

olmazdı. Heç qoyardımı anası burada qalsın? Bu nәdi?

Deyәsәn, qulağına sәs gәldi. Yerdәn götürdüyü daşı uzaq-

dan keçәn tısbağaya atdı. Düzdü, buna “atmaq” demәk

olmazdı: daş iki addımlıqda yerә düşәrәk, tısbağanın

hәndәvәrinә dә çatmadı. Tısbağa yavaş-yavaş sürünüb

420 gözdәn itәnәdәk nәnә onun dalınca baxdı. Tısbağa yoxa
çıxanda elә heyifsilәndi ki, elә bil başını qatmaq üçün

tapdığı oyun yarıda qalmışdı. Öz-özünә “bәlkә, mәn dә

yavaş-yavaş yoluma davam edim, heç olmasa, bir az

gedәrәm, – dedi. Tısbağa yerişiylә olsa da, buradan

uzaqlaşmaq istәyirdi. Amma… Beyni qarışdı... Әslindә

belә şeylәri ağlına gәtirmәk istәmirdi. Nә olacaqsa, qoy

bu qayanın altında olsun.

Vәtәnlәrini tәrk edib köçәnlәr dәstә-dәstә nәnәnin

gözü önündәn keçib gedirdi. Onu görәrkәn ayaq saxlayıb

yemәk-içmәk verәnlәr dә olurdu. Görmәyәnlәrdәn, bәlkә

dә, özlәrini görmәzliyә vuranlardan da incimirdi, deyirdi,

eybi yox, görәn dә sağ olsun, görmәyәn dә... Neylәsinlәr,

yazıqlar qorxur, tez qaçıb canlarını qurtarmaq istәyirlәr.

Türklәr vә ermәnilәr... niyә bu iki millәt bu vәziyyәtә

gәlib çıxdı? İllәr boyu bir yerdә mehriban yaşayan

qonşulara nә oldu, hansı qara pişik aralarına girdi ki, indi

bir-birlәrinә düşmәn kimi baxırlar? Elә bil hәmişә “can”

deyib, “can” eşidәn bunlar deyilmiş.
   415   416   417   418   419   420   421   422   423   424   425