Page 416 - antologiya
P. 416
Türkiyə ədəbiyyatı antologiyası

ömür yaşayırdı: külәk hayana әssә, ora gedәcәkdi. Niyyәti
sadәcә getmәk, yol qәt etmәk idi. Onun hәrәkәtlәrini
tәlxәklik saymaqla yanaşı, vәziyyәtini insanın “ağlar
gülәyәn” mәqamı kimi dә qәbul etmәk olar. Hәyat riyazi
düstur deyil ki... Hәyat – ağrı-acılardan fәlsәfi nәticәlәr
çıxarmaq üçün dә deyil! Taleyin hökmü belәdi: gözündәn
yaş axıbsa, demәli, qismәtindәki buymuş. Mәsum bir
mәxluq! İnsan oğlu mәxluq olduğunu qәbul elәmir, amma
bu hallarda başqa ad tapa bilmәzsәn ona.

Nә edirsә-etsin, yenә fırlanıb özünә qayıtmaq
mәcburiyyәtindәdi. Hәr hәrәkәti içinә açılan bir qapıdı.
Әvvәl-axır bәdәninә vә ruhuna dönmәliydi. Bu dәfә dә
belә olmalıydı. Yәni özünә bu qәdәr әmin idi? Yox!
Elәdiklәrinin hamısı uçub-getdi, yerindә heç nә qalmadı.

Axı niyә yenidәn özünә qayıtdı? Uzun illәrdi, bu
vәziyyәtә düşmәmişdi, yetişmiş çiban kimi partlayıb ora-
416 buranı bulayacaqdı. Hara dönsә, kiminsә yolunu
kәsәcәkdi. Görәsәn, mәqsәdsiz yaşayanların aqibәti
hәmişә belәmi olur? Bu an bulanıq selin içinә düşüb çalxa-
lanan vәziyyәtdәydi. Әvvәldәn bәlliydi ki, bu sel onu
aparacaq. Su hәr kәsi son mәnzilinә aparar. Ağrısı
azaldıqca kefi kökәldi. Hәqiqәtәn dә, kökәldimi? Biz
kәnardan ağlımıza gәlәni deyә bilәrik, amma әslini tәkcә
özü bilir. Biz başqaları haqda hökm vermәkdә pәrgarıq, bu
hünәrimiz var, hәm dә axı әsas mәsәlә hünәrli olmaqdı.

“Hara getsәm dә, özümdәn necә yaxa qurtara
bilәrәm? Mәn özümlә qalmağa mәhkumam. İçimdә
әleyhimә işlәyәn bir “mәn” var ki, hәr gün onunla savaş-
dayam. Özümü başqasının yerinә qoyub onun hәyatını
yaşamağa çalışıram vә yorulan da mәhz mәn oluram.
Demәli, başqasının yorğunluğunu yaşayıram. Nә qәdәr ki
özümü biabır elәmәmişәm, söhbәti qoy elә buradaca
kәsim. Bir dә ki, kim nә deyir-desin, vecimә dә deyil.
   411   412   413   414   415   416   417   418   419   420   421