Page 406 - antologiya
P. 406
Türkiyə ədəbiyyatı antologiyası

Başımı әyib diqqәtlә baxdım: çatlaqların, yaraların
bәzilәri tikilmişdi vә hәmin yerlәrdәn qan axmırdı. Ürәyә
müxtәlif rәnglәrdә cila vurulmuşdu, özü dә çox yöndәmsiz
vә primitiv şәkildә, elә bil barmağını toxundursan,
partlayıb dağılacaq...

– Gördün ki, mәn dә insanam?! İnsan olmasaydım,
ürәyimә bu qәdәr yara vurulardımı?

Nә deyәcәyimi bilmәdim, ürәyi parça-parça olan bu
adama yazığım gәldi, ona qarşı kobud olduğuma görә
utanıb yerә girdim. Soruşdum:

– Bu ürәyi kimlәr bu hala salıb?
Gözündәki yaşı silib gülümsәmәyә çalışdı:
– Kim olacaq?! Sevdiklәrim, yaxın bildiklәrim!
– Onları yenә sevirsәn?
Gözlәri doldu:
– Ürәk sevgisiz yaşaya bilәr? Onları özümdәn dә çox
406 sevirәm, ürәyә sevgi lazımdı.
“Kimlәrdir o canından çox sevdiyin insanlar?” – deyә
soruşmaq istәsәm dә, susdum. Aydın mәsәlәdi ki, uşaq-
lıqda, gәnclikdә, orta yaşlarında sevdiklәrini, valideyn-
lәrini, arvad-uşağı nәzәrdә tutur. Min bir yerdәn yaralanan
bu yazıq ürәyә yenidәn baxdım, – o qәdәr yaraya, yırtığa
baxmayaraq, sirlәrlә dolu içini göstәrmirdi:
– Sevdiklәrinin sәnә heç yazığı gәlmirdi?
– Gәlirdi, ancaq mәni başa düşmәdilәr, çox vaxt da
sәhv başa düşdülәr. Sәhv başa düşülmәk isә lap pis.
Ürәyinin üstündә böyük bir yara vardı vә qan, әn çox
bu yaradan sızırdı.
– Sirr deyilsә, bu yaranı kim açıb?
– Bu yara tәzәdi, yumruq yarasıdı...
Bu sözdәn sonra ürәyini götürüb yerinә qoydu.
Dәvәtsiz gәlib oturduğu kimi, icazәsiz dә qalxıb getdi.
Sizcә, mәn kimin haqqında danışırdım? “Bir mәn var
mәndәn içәri” deyәn bir oğul var ha, bax onun haqda!
   401   402   403   404   405   406   407   408   409   410   411