Page 404 - antologiya
P. 404
Türkiyə ədəbiyyatı antologiyası

düşündüm, bir az da gözlәyim, görüm dәrdi nәdi bu ada-
mın.

Gözlәdim.
Nә getmәk niyyәti vardı, nәdә ağzını açıb danışmaq,
elә yerindәcә quruyub qalmışdı. Bilmirәm, yerdә nә
tapmışdı ki, elә hey başını aşağı әyib yerә baxırdı: özü dә
göz qırpmadan, nәfәs almadan, ölü kimi, xәyal kimi...
Çox әsәbilәşdim. Sakitlәşmәyә çalışdım. Öz-özümә
dedim ki, qovmaq әn son çarәdi. “Sәn dә insansan!”,
“Sәnin dә başa düşülmәyә haqqın var!” deyәndәn sonra
onu qovmaq düz çıxmazdı deyә sükutu özüm pozdum:
– İnsansan, sәnin dә başqaları kimi başa düşülmәk
haqqın var, düzdümü?
– Düzdü, mәn dә bu fikirdәyәn.
Bu sözü mәni lap özümdәn çıxardı. Qәsdәn öskür-
düm ki, rәdd olub getsin. Amma tәrpәnmәdi. Mәn dә guya
404 işlәmәyә hazırlaşıram deyә masanın üstünü sәliqәyә
salmağa başladım. Külqabını boşaltdım. Siqaret yandır-
dım. O gәlәndәn yarımçıq qalmış cümlәmi, “görürsәn ki,
mәşğulam!” deyirmiş kimi pozub yenidәn yazdım. Ya
anlamadı, ya da özünü o yerә qoymadı. Ay balam, başa
düşülmәyini istәyәn adamın özü bu qәdәr dilbilmәzmi
olar? Birinci dәfә deyil, nә vaxt yazmağa başlayıram,
gәlib öz susqunluğuyla mәni qıcıqlandırır. Ancaq bircә söz
bilir: “Mәn dә insanam”. Yaxşı, bildik ki, insansan, bunun
mәnә nә dәxli? Öz dәrdimiz özümüzә bәsdi, nәyimә
lazımdı bu cәfәngiyyat? İnsansan deyә gәlib vaxtımı alıb
ömrümü çürütmәlisәn? Bu haqqı sәnә kim verib? Sәn in-
sansan deyә, indi biz işimizi görmәyәk, yazımızı yaz-
mayaq? Sәnә görә mәn rahat nәfәs almamalıyam?
Әsәblәrim gәrildi. Bütün bәdәnim әsmәyә başladı.
Yox, buna yaxşılıq yoxdu, qovacam bunu. Bu dәfә elә qo-
vacam ki, bir dә gәlib mәni narahat elәyә bilmәsin.
   399   400   401   402   403   404   405   406   407   408   409