Page 340 - antologiya
P. 340
Türkiyə ədəbiyyatı antologiyası

– Ay Hәlimә, oğlum geri qayıtmaq üçün can atır,
ancaq nә xeyri?! Vicdansızlar hәr yeri tutub, cınqırını da
çıxara bilmәzsәn, yazıq uşaq indi hara gәlsin?

– Danışma, ay kişi, yolunu get! Axşam-axşam ürәyi-
mi üzmә.

– Yaxşı!
Bir azdan Әhmәd Bәkir öz ailәsiylә onlara
yaxınlaşdı. Bu adamların qarşısında uzun, qorxulu bir yol
vardı. Yolun sonu isә tәhlükәsiz bir hәyat vәd edirdi. Orada
onlar kimi düşünәn, onların qanından olan insanlar
yaşayırdı.
Әhmәd Bәkir dedi:
– Çakır dayı, nә mәslәhәt görürsәn? Әsas istiqamәt
sağdan da, soldan da tutulub, biz oradan rahat keçә
bilmәrik. Sol tәrәfdәn gedәk ki, Beşparmağa çıxaq.
– Hә, elә daha yaxşıdı! – Çakır dayı cavab verdi. –
340 Hәm dә bir problem çıxsa, orada gizlәnmәyә yer tapa bilә-
rik.
Getdilәr, Getdilәr... Böyük ümidlәrlә dağa dırmaşdı-
lar.
Gecә zülmәti hәr tәrәfi basdı, göydәki ulduzlar
olmasaydı, istiqamәti itirәcәkdilәr. Sıra dağlar, yanıb-
sönәn işıqlar… Arxadan çox zәif eşidilәn güllә sәslәri
getdikcә şiddәtlәnirdi. Boş, mәnasız iddialara görә mәhv
edilәn ailәlәr…
Nәfәs dәrmәk üçün oturub aşağıda qoyub gәldiklәri
şәhәrә yuxarıdan mәyus-mәyus baxdılar. Әhmәd Bәkirin
uşaqları çox yorulmuşdular deyә mürgülәmәyә başladılar.
Birdәn-birә peyda olan sübh ayazından qorumaq üçün
anaları onların üstlәrini örtmәyә çalışırdı. Yoxsa ulduzlar
aşağı eniblәr? Sanki әl atıb bir-ikisini rahatlıqla tutmaq
olar, elә yaxındırlar ki, onlara baxmaq adamın içini isidir.
– Kaş bu mәnzәrәni uşaqların da görәydi, ay Әhmәd.
Belә fürsәt bir dә әlә düşmәz.
   335   336   337   338   339   340   341   342   343   344   345