Page 337 - antologiya
P. 337
an Həsən Bıldırki 337

– Demәli, mәsәlә ciddidi, hә?
– Hә, hә.
Çakır dayı sözünü tamamlaya bilmәdi. Şәhәr hotel-
lәrinin yerlәşdiyi әn qәlәbәlik yerdәn güllә sәslәri eşidildi.
Öz-özünә dedi: “Әclaflar! Bizimlә nә qәrәzi var axı
bunların?”
İşığı yandıran arvad sәslәndi:
– Mәnimlәsәn? Bir şey lazımdı? Başa düşmәdim.
– Yox, arvad, heç nә demәdim.
– Bәs nә donquldanırsan orda?
Çakır dayı nәdәnsә bu dәfә arvadına cavab vermәdi.
Әllәrini yuyub içәri keçdi. Açıq pәncәrәdәn uzaqlara
baxdı. Nәyә görәsә gözlәri qaranlıqda dәniz dalğaları
içindә bir işıq axtardı. O, bu işığa sığınıb rahatlanmağa
çalışır vә neçә illәrdi ki, yaşadığı, “ikinci qürbәtim”
adlandırdığı evini qoyub getmәk istәmirdi. Xeyri olmadı,
axtardığı çarәni qaranlıqda, dәniz dalğalarında da tapa
bilmәdi. Gözlәrini yumub-açdı. Öz-özünә dedi: “Bir neçә
gündәn sonra bu çevriliş bir hәftәsini başa vuracaq,
bizimkilәrdәnsә sәs-soraq yoxdu ki, yoxdu. Ah, bu kimsә-
sizlik nә pis şeydi?! Yox, yox, inanmıram, bizi unutmazlar,
darda qoymazlar. Bizә dәyәn zәrәrin bir ucu da onlara
dәymirmi? Ümid var, gәlәcәklәr, yunanların cavabını
verәcәklәr. Bilirәm, bilirәm... bәs niyә yoxdular, niyә bizi
bu qiyamәt günündә dәnizin ortasında tәk qoyublar?”
Min bir ümidlә pәncәrәnin yanından çәkildi. Arvadı
süfrә açırdı.
– Arvad, dediyimi eşitmәdin ki, hәlә eşәlәnirsәn?
– Nәyi eşitmәdim, ay kişi?
– Bu gecә yola çıxmalıyıq axı.
– Ac çıxaq?
– Әşi, danışıram da, dilim dinc durmur, sәnә ilişirәm,
incimә, yaxşı?! Gәl elә burda otur, danışma.
   332   333   334   335   336   337   338   339   340   341   342