Page 335 - antologiya
P. 335
an Həsən Bıldırki

ÜMİDİMİZ DAĞLARADI 335

Axşam olan kimi, şәhәrin kәnar mәhәllәlәrindә
bәzi qapılar bәrkdәn döyülmәyә başladı.
Çevrilişdәn sonra artıq bәzi adamlar adanın kәnarında
yerlәşәn bu şәhәrdә rahat yaşaya bilmәzdilәr. Axı
çevrilişin haçan, kimә bir faydası olub ki? Şәhәrlilәr bir-
birinә düşmәn kәsilmişdi. Hamı bir-birini güdürdü. Rahat
nәfәs almaq mümkün deyildi. İnsanlarda xoşbәxtlikdәn
әsәr-әlamәt qalmamışdı. Gözlәr qorxuyla yumulub, hәr
dәfә yeni-yeni dәhşәtlәrә açılırdı. Meydanlar, küçәlәr
sәssiz-sәmirsiz idi. İyulun ortasında, cәhәnnәm istisindә
gözlәnilmәdәn iqtidar dәyişdi. Jurnalistlәr küçәlәrә
tökülüşdü. Mavi dәnizin dadı, duzu qalmadı, qağayılar
sahili tәrk etdi, hәtta külәk dә dәnizin dalğalarıyla
oynamağı tәrgitdi. İsti, nә isti! Elә bil şәhәr od tutub
yanırdı!
Qoca ehtiyatla döyülәn qapını araladı, başını çıxarıb
boylandı:
– Kimdi? Yenә nә olub, nә istәyirsiz bizdәn?
– Özgәsi deyil, mәnәm, Çakır dayı!
– İncimә, bala, qocalmışıq, sәni tanıya bilmәdim,
görürsәn?! Keç içәri, bir özünә gәl. Görürәm, qan-tәr
içindәsәn, yorulmusan. Gәl, gәl nәfәsini dәr!
– Sәn mәni tanımasan da olar, Çakır dayı, mәn ki
sәni tanıyıram, bәs elәmәz?!
– Elәyәr, bala, elәyәr.
– Müqavimәt tәşkilatındanam. Çıxarılmış qәrarı sizә
bildirmәk mәnә tapşırılıb. Elә buna görә qapı-qapı gәzib
vәzifәmi yerinә yetirirәm. İçәri girә bilmәrәm, vaxtım
yoxdu.
– Başa düşürәm.
– Onda qәrarı deyim. Çevriliş sonumuzu gәtirib,
onlar aralarındakı problemlәri hәll elәyib, bizә hücum
   330   331   332   333   334   335   336   337   338   339   340