Page 330 - antologiya
P. 330
Türkiyə ədəbiyyatı antologiyası

haqq yoluna gәtirәcәk axı, müәllimlәrdәn dә bir-ikisini
dәvәt etsәk, çox yaxşı olar. Güldü.

Köhnә dostlarından çoxu müәllim olmuşdu. Bәzәn
bayram günlәrindә gәlib şadırvanın başına toplaşardılar.
Hәr tәrәfә qәribә bir sәssizlik yayılar, hamı başını aşağı
әyib yerә baxardı. Utanmalı nә var axı? Sonra kimsә
qәhqәhәylә yanındakının kürәyinә bir şapalaq vurub bu
sehrli vә kәdәrli sükutu pozardı. Hal-әhval tutub günün
hadisәlәrini, şәxsi problemlәrini müzakirә edәrdilәr.
Kimsә qalxıb deyәrdi:

– Yoldaşlar, bu mücadilә bizim mücadilәmizdi...
Kimsә dә әli belindә müәllimlәrin hansınısa tәqlid
edәrdi:
– İdeyamıza xidmәt etmәk lazımdı...
Bahalı paltarını qırışdırmamaq üçün oturub-qalxar,
piylәnmiş qarnını titrәdә-titrәdә gülәrdi.
330 Sonra yerli-dibli yoxa çıxdılar.
Gediş-gәlişin olmaması Murad qardaşa pis tәsir elәdi,
cavan yaşda üzü qırış-qırış olmuş, saçları seyrәlmişdi.
Qoca çinarın altında oturmağı çox sevәrdi. Üzünü hәmişә
hәyәtә tәrәf çevirib hüznlә baxar, gözlәri yol çәkәrdi. Mәn
dә, hәmişәki kimi, dәrnәyin hәyәtini süpürәrdim... elә bil
bir azdan kimsә gәlәcәk, oturub danışacağıq, bәyannamә
hazırlanacaq, kimsә qaça-qaça gәlib: “Sabah mitinq var”, –
deyә qışqıracaq.
Nazim usta öldü.
Dükanı mәn işlәtmәyә başladım. Axı başqa yerә gedә
bilmәzdim. Hәlә qarşıdakı mәdrәsәni demirәm... Bura
gәlәndә hәr dәfә “Kәrim hey, Kәrim…” sәdaları
qulağımda cingildәyir. Dәrnәyin doğma әşyaları da burax-
mırdı mәni. Axı onları necә tәrk edә bilәrdim? Kitabları
üzlәyib, rәflәri sәliqә-sahmana saldım. Divarlarına şәkill-
әr, yazılar asmışdım. Bir küncdә dә dәrginin müxtәlif
nömrәlәri: hәr gün tozlarını alıb әzizlәrdim onları.
   325   326   327   328   329   330   331   332   333   334   335