Page 328 - antologiya
P. 328
Türkiyə ədəbiyyatı antologiyası

O biri otaqlar boş vә tәmirsiz idi. Murad qardaş buranı
tәlәbә yataqxanasına çevirmәyi planlaşdırmışdı, lazımi
yerlәrә müraciәt edib kömәk istәmәyә hazırlaşırdı.

Mıx vurmağı, daban düzәltmәyi, әl tikişini öyrәndim.
Dәrnәyimiz dolub-daşır, hәr gün seminarlar, kon-
franslar keçirilirdi. Hamı gәlәcәyә inanırdı. Gәnclәr
mübarizәni şüurlu olaraq öz әllәrinә almışdılar. Jurnalın
satışı da pis deyildi. Yeni bir nәsil yaranmışdı. Fakültәlәri
bitirib assistent olurdular, doktorluq elmi işini dә boynuna
götürәnlәr az deyildi.
Baharın gәlişini saxlaya bilmәzsәn ki, çiçәklәr öz
vaxtında açar. Sarı gül dәstәlәrinin havalandığı, yaşıl
gözlәrin dәrin vә mәnalı baxışlarla süzüldüyü, zәrif vә
gözәl bir sifәtin xәyalda canlandığı anlar da gәlәcәkdi –
parlaq gәlәcәk vәd edәn bir işin olub-olmayacağını
düşünüb hәyәcanlandığımız kimi, yağışlı bir payız günü
328 tәrlәyәn pәncәrә şüşәlәrinin arxasından gәlәn sevgi
pıçıltıları kimi... Bu qoca çinarın gәrilmiş budaqları
altından, qübbәli sütunların arasından, şadırvanın başından
otaqların küncünә yığılan, tündlәşib dumanlaşan xatirәlәr
sizi öz dünyasına apara bilәr, bir gün gәnc bir oğlan
mübarizәyә cәlb etmәk üçün bir qızın әlindәn tutub
dәrnәyә gәtirә bilәr.
Nazim usta әmәlli-başlı qocalmışdı.
– “Mübarizә” deyә-deyә lap ideya dәlisi olmusan, ay
Kәrim, belә getsә, iş-gücü dә atacaqsan. Bu tәhsilli
adamlarla çox oturub-durma, ay bala, öz gününә ağla; bir
az zәhmәt çәksәn, sәnә dә bir dükan...
Mәn dә zarafata salıb söhbәti dәyişәrdim:
– Narahat olma, usta, mәnә heç nә olmaz.
Mәnә nәsә oldu, görәsәn?...
Mәktәbi bitirәn çıxıb gedirdi: ideyanın havasını
ürәklәrinә çәkib gedirdilәr –mәnә elә gәlirdi ki, başqa cür
ola da bilmәz. İmtahanları çox olanların da gediş-gәlişi
   323   324   325   326   327   328   329   330   331   332   333