Page 324 - antologiya
P. 324
Türkiyə ədəbiyyatı antologiyası

Osman bәy hıçqırdı, göz yaşları ağ saqqalına axdı.
Boğuldu. Qәlbindә altmış il әvvәlin qoru yenidәn alov-
landı. Ürәyinә qaynar qazanlar axdı. Tacirә at bağışladı,
tarla verdi, başına qızıl sәpdi. Әlindә ayın bәdirlәndiyi o
gecә Yapalaqda Sәnәmә verdiyi dәsmal vardı. Öpdükcә
öpdü, ağladı.

O gündәn Sәnәmin mәhәbbәti ağızdan-ağıza dolaşır,
bayatıdan-bayatıya keçir. Nәnәlәr-babalar gecәlәr nәvә-
lәrinә bu sevgi haqqında danışırlar. Toy olanda ilk halaya
qalxanlar Sәnәmin bayatısını oxuyurlar, harada bir gözәl
qız görsәlәr, “Sәnәm kimi gözәldir,” – deyәrlәr.

Bizim yaylaqda nә qәdәr igid qız varsa, bil ki, adı
Sәnәmdir.

324
   319   320   321   322   323   324   325   326   327   328   329