Page 320 - antologiya
P. 320
Türkiyə ədəbiyyatı antologiyası

gәncin fikri vә gözlәri bir an belә olsun, bir-birlәrindәn
ayrılmadı.

“Bax, – Sәnәm ürәyindә deyirdi, – әrim, kişim
deyәcәyim, yolunda başımı qoyub ölәcәyim, mәni
ağuşuna ala bilәcәk igid budur”.

“Bax, – Yazıçıoğlu ürәyindә deyirdi, – atamın evinә
gәlin aparacağım, tayfama xanım edәcәyim, yolunda öm-
rümü vermәyi şәrәf bilә-bilә qocalacağım ceyran budur”.

Axşamacan yaylaqda qaldılar. Gözәl süfrә açıldı,
qoyunlar, quzular qızardıldı, yeyildi, içildi, amma Sәnәm
dә, Osman da bir dәfә olsun, süfrәyә әl uzatmadılar.
Ürәklәrinә düşәn atәşlә yanıb yaxıla-yaxıla bir-birlәrinә
baxdılar. Osman axşam yaylaqdan çıxıb Tanıra tәrәf yola
düşәndә ürәyinin bir parçasının Yapalaqda qaldığını hiss
etdi. Sәnәm dә elә bildi ki, qәlbinin bir parçası qoparılıb,
ürәyindә nә isә qırılıb.
320 Günlәr keçdi. Amma Sәnәm dә Osman da bir-birini
elә hey düşündü. Osman da elә hey düşündü. “Aya sәn
çıxma, mәn çıxım, günә sәn çıxma, mәn çıxım” deyәn,
işığında ulduzların belә sönük göründüyü Sәnәmi
xatırladı. Sәnәm Osmanın qartal baxışlı gözlәrini unuda
bilmәdi. İkisi dә hәsrәtlә alışıb-yandı.

Osman bir bәhanә tapıb yenidәn yaylağa gedә,
Sәnәm obasından qırağa addım ata bilmәdi. Amma sevәn
ürәk nәlәrә qadir deyil ki... Hәr şeyә bir çarә tapılır. Tapıldı
da. Bir tәrәkәmә qadını bәy qızına kömәk etdi. Bir gecә
bәy oğlu atını minib ay işığında Sәnәmin görüşünә gәldi.
Görüşüb söhbәt etdilәr. Belәliklә, hәr dәfә görüşüb-
danışdıqca eşq oduna daha çox yandılar. Bir sevda ki
ümidsiz oldu, insanı daha çox soldurur, daha çox yandırır.
Sәnәm dә, Osman da eyni atәşdә yanıb-qovruldular.
Sәnәm sevirdi, amma naümid idi. Bilirdi ki, atası obadan
qırağa qız vermәz. Osman da bilirdi ki, atası obasından
başqa bir yerdәn gәlin gәtirmәz. Bir gecә görüşdülәr.
   315   316   317   318   319   320   321   322   323   324   325