Page 323 - antologiya
P. 323
ir Qalxan 323

– Ağam, – dedi. – Ağama canım qurban. İcazә versәn,
bir sözüm var.

– De, – Osman bәy dillәndi. – De, söylә.
– Elin içindә deyә bilmәrәm, bәy, – tacir dillәndi.
– Danış, çәkinmә, – bәy dedi. – Yaxşı xәbәrdirsә, at
bağışlayaram, tarla verәrәm. Yaxşı xәbәr deyilsә, çıx get.
– Salam gәtirmişәm, bәy, – tacir dillәndi. –
Bilmirәm, söylәsәm, sevinәcәksәn, yoxsa kәdәrlәnәcәk-
sәn. Amma gәrәk salam da yerdә qalmasın. Ona görә dә
demәyә gәldim.
Oturanların hamısının nәzәri tacirә dikilmişdi. Hamı
intizar içindә idi.
– Söylә, – Osman bәy dedi. – Burada oturanlardan
gizli heç nәyim yoxdur. Danış.
Qәrib sözә başladı:
– Yerini-yurdunu demәyәcәyәm, – dedi. – Mahal, oba
adı da çәkmәyәcәyәm. Belә söz vermişәm. Belә tapşırıq
almışam. Bir dağın o biri üzündә, dörd yolun birindә alver
edirdim. Buğda alıb әtir verir, mal alıb parça ilә dәyi-
şirdim. Bir dәfә yanıma ikiqat olmuş bir qarı gәldi. Saçları
ağappaq idi. Rәngi solmuşdu. Ayaq üstә dayanmağa halı
qalmamışdı. Çomağa söykәnib dayanmışdı. “Haralısan,
oğul.” – dedi. “Maraşdanam.” – dedim. “Yazıçıoğlunu
tanıyırsanmı?” – dedi. “O boyda Yazıçıoğlunu kim tanımır
ki, bibi,” – dedim. Bu zaman qoynundan, bax, bu dәsmalı
çıxarıb, “Bunu Yazıçıoğluna ver, – dedi, – döşәk salıb
gәrdәyә girmәdiyinә görә kәdәrlәnmәsin. Qovuşa, murad
ala bilmәdiyinә görә, dәrdә-qәmә batmasın. Bilsin ki,
Sәnәmin әli kişi әlinә dәymәdi. Sәnәm әrә getmәdi, ailә
qurmadı. Sәnәm yaylaq qızı kimi sevdi. Sәnәm ilqarını
unutmadı, әhdini danmadı”.
Qulaq asanların hamısı ayağa qalxdı. Çaşıb qalmış-
dılar. Aralarında sevdadan xәbәri olmayan yox idi. Ah
çәkdilәr, ağlaşdılar.
   318   319   320   321   322   323   324   325   326   327   328