Page 327 - antologiya
P. 327
tafa Kutlu 327

dәnizә axışdıqda belә, onların içindәki mübarizә әzmi
tükәnmirdi.

Bir bәyannamә hazırlayıb konfrans keçirmәk lazım
idi. Axırı ki oldu...

Böyüklәrdәn kimsә dәrnәkdә çıxış edәcәkdi.
– Kәrim, amanın günüdür, yoxa çıxma ha, bu gün
sәninlә işimiz var.
Jurnal nәşr olunmalıdır. Bağlama-bağlama yığılıb
poçtla göndәrilәcәk. Silah, dava-dalaş – başımıza hәr şey
gәlә bilәr.
– Kәrim...
– Buyur, Murad usta...
Bax belә... Әsgәr kimi hәr dәqiqә әmrә müntәzir!
Ayaqqabı dabanlarının, çәkiclәrin, düyülü şirniyyatların
arasında itib-batmışdım. İndicә mәni çağıracaqlar deyә
hәyәcanla gözlәyirdim.
– Kәrim, әjdahasan...
– Ürәkli uşaqdır... Bizә bax belәlәri lazımdır.
– Xalqımızın, mübarizәmizin dirәyi belәlәridir. Bu
sözlәrdәn gözlәrim yaşarırdı. O qәdәr sәmimi, hәyәcanlı
danışırdılar ki, adamın ürәyinә yağ kimi yayılırdı. Bu
gәnclәrin arasında olmaq dünyanın әlәdüşmәz bir nemә-
tiydi.
Mәdrәsә hәyәtinin tәn ortasında göyә yüksәlәn qoca
bir çinar ağacı vardı: qәdim daş binaya qol-qanad açıb
yaşıl tәravәtiylә onu da canlandırmışdı. Yanındakı şırıltısı
gecә-gündüz kәsilmәyәn şadırvandan әvvәllәr su axmazdı.
Murad qardaşla әl-әlә verib onu tәmir etdik. Bәzәn gecәlәr
anasının qoynunda yatan üç yaşlı körpә kimi onun sәsinә
qulaq asıb şirin yuxuya gedәrdik. Murad qardaş isә heç
yatmazdı, sәssiz-sәmirsiz fikrә gedәrdi. Onun mәrhәmәtli
qәlbi su sәsinin sehrinә düşüb öz dünyasına qapılar,
siqareti siqaret dalınca yandırıb tüstülәdәrdi. Otaqların
birindәn dәrnәk idarәsi vә iclas zalı kimi istifadә edirdik.
   322   323   324   325   326   327   328   329   330   331   332