Page 332 - antologiya
P. 332
Türkiyə ədəbiyyatı antologiyası

– Mәn yoldaşlara deyәrәm, buranı әvvәlkitәk canlan-

dırmaq lazımdı. Bura bizim mәdәni mirasımızdı, cavan-

lığımız burada keçib. Necә laqeyd olmaq olar axı, ay

Kәrim?

Ona cavab vermәk istәdim, dilimә “mücadilә” sözü

gәldi, ancaq özümü saxladım:

– Hә, yaxşı olar, kaş ki… – deyib yola verdim.

Maşınına minib getdi. Bir dә heç vaxt gәlmәdi.

Amma heç olmasa, dәrnәyi açmağıma sәbәb oldu. Hәr

tәrәfi tәmizlәdim, hörümçәk torlarını da. Zalı әhәnglәdim.

Axşam düşәndә hәyәtә su çilәyib yaxşıca süpürdüm.

Hәmişәki kimi, bir alçaq kәtil tapıb oturdum. Siqaret

yandırıb gözlәdim, heç kim gәlmәdi ki, gәlmәdi. Qoca

çinar ağacına baxıb ideya haqqında düşündüm.

Mәnә nә oldu, bilmәdim.

Bu halda olanda elә bil qeybdәn sәs dә gәlir

332 qulağıma. Mәdrәsәnin hәyәti adamla doldu. Gör kimlәr
var burada. Köhnә tanışlar. Saqqalı göbәyinә qәdәr, әcaib

şalvarlı adamlar. Әllәrindәki qalın kitablarla otaqlara girib-

çıxırlar. Bәzilәri şadırvanda oturub dәstәmaz alır. Daha

sonra azan sәsi gәlir, Quran oxunur.

Bir neçә gün әvvәl elә belәcә oturub adamlara ba-

xırdım. Birdәn onlardan biri mәnә yaxınlaşdı. Hәyәcan-

dan dilim-ağzım qurudu. Gәlib düz qabağımda durdu:

üzündәn nur yağan bir qoca idi.

– Salamәleyküm!

– Әleykümәssalam, adım Kәrimdi, – astadan dedim.

Ancaq әl-ayağım tir-tir titrәyirdi. Әlimi tutub bәrk-

bәrk sıxdı.

– Haralısan, kimlәrdәnsәn? – Soruşdu.

Düz yanımda oturdu, nәfәsini sifәtimdә hiss edirdim;

qәrәnfil qoxusu gәlirdi.

– Şәbinqarahisarlıyam, – dedim. – Bizә “Hacı

Ömәroğulları” deyәrlәr.

– Nә gözәl, mәn dә Suşәhәrindәnәm, hәmyerliyik.
   327   328   329   330   331   332   333   334   335   336   337