Page 331 - antologiya
P. 331
tafa Kutlu 331

Gәnclәr dә yoxa çıxdı.
Görәsәn, indi haradadırlar, nә iş görürlәr? Hәrdәn on-
lardan biri gәlib başını dükanın qapısından içәri soxar,
“Kәrim usta, mәnә yüz lirә borc ver, bir hәftәyә qaytara-
cam”, – deyib and-aman edәrdi. Pulu alandan sonra isә
yoxa çıxardı.
Günlәrin bir günü Murad qardaş mәnә dedi:
– Kәrim, mәn artıq gәlә bilmәyәcәm.
Gözlәrim doldu, dilim topuq vurdu:
– Belә elәmә, Murad qardaş...
Boynunu bükdü. Üzü tüklü idi, deyәsәn, bir hәftәydi
ki, özünә әl gәzdirmirdi. Hәm dә çox arıqlamışdı.
– Bax belә, әzizim. Bu da dәrnәyin açarları.
Onu qucaqlayıb ağladım: “Murad qardaş, mәn sәnsiz
nә edәcәm? Hara gedirsәn axı? Nә iş görәcәksәn?”
Oxuduğu mәktәbi dә başa çatdırmadı, belәcә çıxıb getdi.
Bir müddәt dәrnәyin qapısını da açmadım. Özümlә
bacara bilmirdim. Elә hey mәdrәsәnin qapısına baxar,
“Bәlkә, kimsә gәlәr”, – düşünәrdim.
Bir gün...
– Sәn Kәrim deyilsәn? İdeya aşiqi olan Kәrim.
– Bәli, Asim bәy, mәnәm, pinәçi Kәrim.
– Bağışla, tanımadım. Neylәyim, çox vaxt keçib.
– Mәnsә sizi tanıdım, Asim bәy. Görürsüz, unutma-
mışam.
– Sağ ol, Kәrim. Buradan keçirdim, dedim, qoy
görüm dәrnәyimiz nә haldadı.
Başımı aşağı salıb, yerә baxırdım. Heç nә demәdim.
Getdik. Qapını açdım: içәridә hәr şey qoyub getdiyim
kimiydi, bir az tozlanmışdı, hörümçәk torları da gözә
dәyirdi.
– Eh, Asim bәy, bura illәrdi heç kimin ayağı dәymir.
– Heç kim gәlmir?
– Gәlmir, – dedim, az qala ağlayacaqdım.
   326   327   328   329   330   331   332   333   334   335   336