Page 338 - antologiya
P. 338
Türkiyə ədəbiyyatı antologiyası
Çöl qapı yenә dә döyüldü, hәyәtdә ayaq sәslәri, da-
lınca da yaxşı qonşulardan biri olan Әhmәd Bәkirin tanış
sәsi eşidildi.
– Çakır dayı! Çakır dayı!
– Eşidirәm.
– Bir dәqiqәliyә bayıra çıx!
– Gәldim, gәldim!
Çakır dayı çölә çıxdı. Qapının cәftәsini çәkib aradakı
taxtanı qaldırdı. Qapını açıb soruşdu:
– Buyur, ay qonşu, nә olub?
– Sizә dә “müqavimәtdәn” xәbәr gәldimi?
– Gәldi.
– Yaxşı, nә fikirdәsәn?
– Әhmәd, içәri keç, buranın söhbәti deyil.
– Vaxtımız azdı.
– Eybi yox.
338 İçәri girib bağçanın bir tәrәfindә dayandılar. Göydә
tәk-tük ulduzlar sayrışırdı. Aşağı tәrәfdә – şәhәrin әn sıx
yerindә silah sәslәri, söyüşlәr, arabir ağac budaqlarını
titrәdәn külәk, zülmәt gecә, ürәk bulantısı, Beşbarmaqda
yanıb-sönәn işıqlar – hal-hazırda hәyat bunlardan ibarәt
idi.
Elә ayaqüstü danışıb mәslәhәtlәşdilәr, әn vacib olan
şeylәri götürüb yola çıxmağa qәrar verdilәr. Vaxtları az idi,
başqalarını da gözlәyib özlәrini riskә ata bilmәzdilәr.
Әhmәd Bәkir evә getdi, Çakır dayı isә hәlә yığılmamış
süfrәnin başına keçdi. İştahasız-iştahasız bir-iki tikә ağzına
qoydu. Boğazından keçmirdi. Ürәyindәki tәlaş, yenidәn
qürbәtә gedәcәyi fikri düyün olub boğazına keçmişdi.
Ağzındakı tikә çeynәndikcә azalmaqdansa, böyüyürdü.
Qalxıb süfrәni yığışdırdı. Mәtbәxә keçib arvadına dedi:
– Arvad, hazırlaş, gedirik. Әhmәd Bәkir dә arvad-
uşağını götürüb bizimlә gedәcәk. Bax ha, hәr zir-zibili
götürmә. Mәnә dә tәkcә әlağacı yetәr. Tez ol! Sәni bayırda
gözlәyirәm.