Page 310 - antologiya
P. 310
Türkiyə ədəbiyyatı antologiyası

Bağbanın oğlu kәnddәn tәzә gәtirdiyi üç-beş yu-
murtanı “A” blokundakı generalın yoldaşına satmışdı. İndi
“B” blokuna sarı gedirdi. Günәş sağlam, toppuş uşaq kimi
gülümsәyirdi. Pәrdәlәr tәrpәnir, eyvanların qapı-pәncә-
rәlәri açılırdı. Gәnclәr, tәqaüdçülәr sәhәr gәzintisinә çıx-
mışdılar. Bağbanın oğlu dәnizә baxdı. Dәniz uzaqdakı
üfüqә tündgöy rәngli xәtt çәkmişdi. O xәttin yanında
maşın daşıyan gәminin qara gövdәsi peyda olmuşdu.
Sәhәrin sübhçağı hәr şey hәqiqi rәngindә görünürdü.
Bәlkә dә, buna görә o iki adam hәmişә bu vaxtlar qayıq
limanında rәsm çәkirdilәr. İndi dә orada idilәr. Yaşlı
adamdan biri tәqaüddә olan polis idi. O biri, yәni qırmızı
idman geyimindә olanı gimnastika müәllimi idi. Hәr sәhәr
mәhәllәnin uşaqlarını yığıb qaçırır, ya da rәsm çәkirdi.
Söhbәtcil adam idi. Gülüşü, qışqırığı әvvәl-әvvәl mәhәllә
sakinlәrini narahat edirdi. Artıq öyrәşiblәr. Hәtta yeri
310 gәlәndә onun üçün darıxırdılar da. Bağbanın oğlu bağçanı
suvarmağa kömәk edәcәkdi. Rәsm çәkәn adamları
görәndә iş-gücü yadından çıxdı. Qumsala enib limana tәrәf
getdi. Yәqin ki, rәsm çәkәn adamların baxdıqları yer
ağlagәlmәz dәrәcәdә gözәl idi. Hәr halda, gözәgörünmәz
bir qapıdan nağılvari bağçalara tamaşa edirdilәr. Bağbanın
oğlu da indi nağıl qәhrәmanı kimi hәyәcanla o gizli qapını
tapmağa gedirdi.

Addımlarını yeyinlәtdi. Beton limanın pillәlәrini
çıxdı. Dәnizdәn әsәn külәklә qucaqlaşa-qucaqlaşa yeridi.
Artıq rәsm çәkәnlәrin söhbәtlәrini, gülüşlәrini eşidirdi.
Yaxınlaşdı. Ayaq sәsini eşidәnlәr – tәqaüddә olan polis vә
gimnastika müәllimi dönüb baxdılar. Bağbanın oğlu:

– İşiniz avand olsun, – dedi.
Sonra rәsmlәrә baxdı... İkisi dә eyni yerin şәklini
çәkirdi. Dәnizin sol tәrәfi, tünd-yaşıl kolluqlarla örtülü
burun, sonra o ağ ev, lap uzaqda solğun rәngdә uzanıb
gedәn tәpәlәr görünürdü... Bir dә balıqçıların qayıqları
   305   306   307   308   309   310   311   312   313   314   315