Page 307 - antologiya
P. 307
im Özdenörən 307

deyir. Oğlanın başında tük yox idi. Hәtta bircә tel belә
gözә dәymirdi. Görmәyәn gözlәri bir anlığa açılır.
Qaşlarını elә çatıb, üzünü elә turşudub ki... Görәsәn, nәyә
baxır? Onu qucağıma almaqdan özümü zorla saxlayıram.

Atam:
– Qurumsaq gün boyu on altı, bәlkә dә, iyirmi saat
yatır – deyir.
Bu söz dә asılıb otağın havasında qalır.
Çaylarımızı içәndәn az sonra hәbsxanada özüm
düzәltdiyim muncuq tәsbehlәri, pul kisәsini, tütünqabını,
muncuq ilanları cibimdәn çıxarıram. Pul kisәsini atama
verirәm. Әlindә o tәrәf-bu tәrәfә çevirir.
– Vaxtını bunlara sәrf etdin? – Sir-sifәtini turşudub
dillәnir.
Cavab vermirәm.
– Heç olmasa, xalça toxumaqdan-zaddan öyrәnәydin, –
o әlavә edir.
– Yenә başlamayın, – anam dillәnir, sonra mәnә sarı
dönür, – get, әlini-üzünü yu, üst-başını dәyiş.
Dәhlizә çıxıram.
Yağış kәsib, deyәsәn.
Yağış zәiflәdiyi üçün külәk tәnәkә novalçalardan
süzülәn suyu әtrafa sәpәlәyirdi.
Nәzәrim qәfildәn dәhlizin divarından asılmış, atamın
Hәccdәn gәtirdiyi, üstündә Kәbә rәsmi olan xalıya sataşır.
Yerini dәyişmәyiblәr.
Üzümü yumaq üçün hamam kimi istifadә etdiyimiz
otağa girirәm. Arvadım әlindә dәsmal qapının ağzında
gözlәyir. Mәn çıxanda dәsmalı uzadır. Heç kәsin
eşitmәdiyi bir sәslә pıçıldayır:
– Vәfasız.
Bu sözün darıxmaqlıq, narazılıq, hәsrәt, ya gecikmiş
salam olduğunu heç cür anlaya bilmirәm.
Elәcә fikirli-fikirli dayanıb üzünә baxıram.
   302   303   304   305   306   307   308   309   310   311   312