Page 303 - antologiya
P. 303
im Özdenörən 303

Külәk әsdikcә boz yarpaqların üzәrinә yığılmış su
damcıları üzümә düşür. Sürücü tanış adam olmalı idi.
Amma onu tanıya bilmirdim. Mәhәllәdәki yoldaşlarımız-
dan sürücülüyә hәvәs göstәrәn Heydәr vardı, bәlkә dә, o
idi. Görәsәn, doğrudan, o idi?

Qapqara bığları sәliqәlidir, saçları yağlanıb. Con
Veyn kimi yeriyir. Maşının keçdiyi yollar indi asfaltlanıb.
Heydәr gedәcәyim yeri soruşmadığı halda, taksini kәsә
yolla sürürdü. Bu, tanıdığım Heydәr idi?

Deyәsәn, bu, payızın ilk yağışı idi. Bu yağış hara-
dansa, bәlkә dә, köhnәlmiş evlәrin aralarından, sakit-
likdәn, olmayan lampaların işıqlarından, namәlum
küçәlәrdәn, solmuş bitkilәrdәn, dünyanın döşündәn, qış
günlәrindәn, altımıza sәrdiyimiz kilimlәrdәn, xoruz
tüklәrindәn... qurumuş sarmaşıq, xanımәli әtri yayılırdı.
Hәmin әtir köhnә bağçamızdan (onlar uşaqlığımızın әn
böyük bağçaları idi – xırda limon vә әzgil ağacları ilә)
yayılırdı. Burada nәsә vardı. Amma nә?

Qapının dәmirini döyürәm. Bu yer oyulub, çökәlib.
Әslindә qapını çiynimlә itәlәyib aça da bilәrdim. Amma
bu qәdәr ayrılıqdan sonra ürәyimә hopmuş bu qәribliyi,
çәkingәnliyi, öz evimә, atama, anama, evdәkilәrin hamı-
sına qarşı yaranmış bu anlaşılmaz utancaqlığı özümdәn
silkәlәyib ata bilmirdim. Qapı açılanacan özümü әlә
almalı, sakitlәşmәli idim. Halbuki mәni gözlәdiklәrini,
sürücünü, taksini sürәni tanıdıqlarını bilirdim. Hәmişә
olduğu kimi, pәncәrәnin nәfәsliyindәn hәr şeyi görüblәr.
Qapının arxasındakı kiçik rәzәyә bağlanmış ipin yuxarıdan
dartılmasını gözlәyirәm. İpi dartırlar.

İpin o biri ucundakı bacımdır. Pillәkәn xanasından
әyilib baxır. Mәni qapıda görәndә bir neçә pillә aşağı
düşüb gözlәyir. Sevgi dolu sәslә “Xoş gәldin”, – deyir.
Elә bu vaxt bir çağa ucadan qığıldayır. “Oğlumdur, –
ürәyimdә deyirәm. – Xoş gördük, oğlum, xoş gördük. Sәn
   298   299   300   301   302   303   304   305   306   307   308