Page 298 - antologiya
P. 298
Türkiyə ədəbiyyatı antologiyası

nazla makinamın arxasına keçә bilәrәm: “Bilirsiniz, bu
soyuqda insanın barmaqları işlәmir, qızdırıcıları da ki
әmәlli-başlı yandırmırlar. Maraqlansanız, yaxşı olardı...”
O, qәsdәn masanın üstünә qoyduğum toxumanı görsә dә,
sәsini çıxara bilmәz. Niyә?.. Düzünü heç mәn dә
bilmirәm. Amma sәsini çıxarmaz. İşlәmәyәn qızdırıcının
günahını özündә görәr, yoxsa mәndәn qorxar?.. Mәndәn?..
Yox bir! Elә isә... Bilmirәm, dedim axı. Hә, hәr ay bu yazı
makinasına görә maaş alıram. Yox, bu pul mәnә çatmır.
Bu zәmanәdә asandır bәyәm? Nә isә. Atalarımız “dövlәtin
malı dәnizdir, yemәyәn donuzdur”, deyib.

Atalarımız. Doğrudan, onlar kimdilәr axı? Bәlkә,
hәmişә qulaq asdıqlarım, tarix kitablarından çıxıb
üstümüzә cuman atlılardır? Deyirәm dә, nәsә düz deyil.
Bәlkә dә, düyünә düşüb. Üst-üstә düyünlәr vurulub –
nәnәmin sandığındakı boğçada, kiflәnmiş lavanda
298 çiçәyinin әtrindә vә fasilәsiz yağan qarda, buzlamış
küçәlәrdә, üstәlik, adamların sifәtlәrindә. Hәtta çox fәrqli,
cürbәcür naxışlı yun köynәyimdә dә üst-üstә düyünlәr var.

“Atalarımız” deyirsәn... Qoy o, tәxirә salınsın,
әvvәlcә “aktual problemlәrimizi” hәll edәk.

Çünki bu, “mәnim problemim deyil”. Çox yaxşı,
hәmin sözü dә teleseriallardan öyrәndik, düzü, xeyri dә
oldu. Bax, belә. Elә işlәdirik, şappıltı ilә yerinә düşür.
Demәli, adamları “yerindә oturtmağın” belә üsulları da
varmış... Öz-özümә danışanda onu gördüm; sürüşmәmәyә
çalışa-çalışa ehtiyatla yeriyirdi. Deyәsәn, ayaqqabıların
dabanı möhkәm, oyma kauçukdan deyil, bu dәqiqә
yıxılacaq. Gülmәk istәyәndә tanıdım. Neçә illәr әvvәlin
dostu idi!.. Az qaldım, “Aa, necә dә qocalmısan, ay Allah,” –
deyәm, dilimi zorla saxladım. Qışın-qarın içindә ipisti –
lap nağıllarda olduğu kimi bir hiss keçirdirdim. İlahi!

– Minә, – dedi. – Bu, hәqiqәtәnmi sәnsәn?
– Bәs sәn Özcan deyilsәn?
   293   294   295   296   297   298   299   300   301   302   303