Page 299 - antologiya
P. 299
inə İşınsu Öksüz 299

Gülüşdük. Sürüşmәsin deyә qoluna girdim. Soruşdu:
– Haralardasan, quzum?
– Buralardayam... – dedim. – Ev, iş, ev...
– Әrә getmәmisәn ki?
Sözә bax... Heç bunu soruşarlar... Gülmәyә çalışdım:
– Yox, mәni istәyәni mәn istәmәdim, mәn istәyәn dә
mәni istәmәdi...
– Canın sağ olsun, – dedi. – Mәn dә boşanıram.
Boşanmaq evlәnmәkdәn dә çәtindir.
– Hәlә dә?! Bitib qurtarmadı?
– Hәlә dә! Yeni vәkili qadındır. Qadındır, hәm dә dul-
dur! O xanım bizim prosesimizdә sanki öz hәyatını
yaşayır. Ancaq “Hәlә yeddinci ildir,” – deyir. Yeddinci
ildir, bir az da dözün, düzәlәcәk, deyir. Mәsәlә yeddinci
ildә deyil ki. Özünә dә dedim, bizim mәsәlәmiz evliliyin
hәlә yeddinci ilindә olmağımız deyil. Elә beşinci aydan
belәyik. Yeddi ildir mәhkәmәdәyik, ayrı yaşayırıq,
dedim... Yox ki, yox!.
Hә, belә dәrdlәr dә var. Anam da “evdә qalmaqdansa,
kaş dul qalaydın”, deyir. “Dul olmaq da çәtindir, ana.
Taleyinә tabe ol, evdә qalmış qızına döz”. Yәni әsas
mәsәlә qızına “dözә bilmәk”dir! Bunu ona necә deyim
axı?
Özcan köhnә dostları görüb-görmәdiyimi soruşur,
yәni hәmin dәrnәkdә olanları...
– Yox... – deyirәm. – Hәrә bir tәrәfә dağılışıb getdi.
Sәrt tonla dillәndi:
– Hamı öz yerindәdir. Heç kәs heç yerә dağılışmayıb.
Әslindә dağılan mәn idim. Dәrnәyә getmәyәn, hәr
şeyi olduğu kimi qoyub aralanan. Gedәn vә unudan.
Amma mәnim dә işdә toxunmalı yun köynәklәrim var, bir
dә... Әr barәdә fikirlәşirdim axı... Nә isә, mövzunu
dәyişmәk lazım idi:
– Hә, sәn oralarda nә iş görürsәn?
   294   295   296   297   298   299   300   301   302   303   304