Page 300 - antologiya
P. 300
Türkiyə ədəbiyyatı antologiyası

Bir vaxtlar yaşıl yarpaqlara bәnzәtdiyim gözlәrinә
indi әmәlli-başlı kölgәlәr düşmüşdü. İndi gözlәrinin rәngi
qaradan qәhvәyi rәngә dәyişir:

– Partiyanın bölgә rәhbәriyәm.
Hәmin mәqamda ayağım sürüşdü, Özcan qolumdan
yapışdı, yıxılmadım.
– Allah sәni pis adamlardan qorusun!
Heç özüm dә bilmәdim, bu sözlәr ağzımdan necә
çıxdı. Әlbәttә ki, onu qorxutmaq, yaxud ürәyinә xal
salmaq istәmәmişdim. Özümü tamam itirdim. Әvvәllәr
belә olsaydı, söz altında qalmaz, tez nәsә tapıb söylә-
yәrdim. Ağzımdan çıxan o kәlmә dә havaya bәnzәyir,
aramıza çılpaq hәqiqәtin soyuğu kimi girdi.
Ona baxdım. Alnındakı vә ağzının kәnarındakı
qırışlar sanki indi itmişdi. Simasında rahatlıq vardı. Sifә-
tindә qәribә itaәt ifadәsi sezilirdi. Bir-birinә әks vә bir-biri
300 ilә bağlı olan iki hiss – kәdәr vә rahatlıq – duyulurdu.
Bu sözlәrinә nә әlavә edә bilәrsәn axı, ay axmaq qız?
Sükut içindә dönüb-getmәk istәyәndә onun sakit
sәsini eşitdim:
– Tәlәsirәm, yoxsa sәni ötürәrdim...
– Yox. Sәn get, gecikmә! – Tez-tәlәsik dillәndim.
Getdi. İşçilәrin davamiyyәt dәftәrinin yığışdırılaca-
ğını vecimә dә almadan dayanıb arxasınca baxdım, onu
müşahidә etdim. Sürüşmәmәyә çalışa-çalışa buz bağlamış
sәki ilә gedirdi.
– Get, Özcan, nәbadә gecikәsәn... Amma hara?..
   295   296   297   298   299   300   301   302   303   304   305