Page 305 - antologiya
P. 305
im Özdenörən 305

parçalanmışdı. Köhnәlmişdi. İtib-getmişdi. Onda babam
da sağ idi... Bir gün atam mәni döyәndә üstünә çımxırdı.
“Ey, sәn dә kişi olub indi uşaq döyürsәn,” – demişdi. İsti
yay günü idi. Atam qan-tәr içindә hәyәtdә eşşәyin palanını
tәmir edirdi. Anamdan biz, mum, kiriş, çuvalduz istәyir,
qışqırıb-bağırırdı. Eşşәyin palanının yanında dayanıb
qәzәblә ora-burasını dartışdırır, sökülmüş yerlәrindәn çölә
çıxan qamışları içәri dürtmәyә, palanı düzәltmәyә
çalışırdı. İpi mumlayanda niyә hirslәnib özündәn çıxdığını
bilmirdik. Bundan baş aça bilmәzdik. Bәzәn bizi, yәni
uşaqlarını әzizlәyәndә belә, söyüb-yamanlayırdı. Bax belә
adam idi. Bayram axşamlarında bizә ayaqqabı gәtirirdi.
Gәtirdiyi ayaqqabılar düz ayaqlarımıza olardı, elә bil
yoxlayıb almışdı. Bir dәfә dә dәyişdirmәyә ehtiyac
duyulduğu yadıma gәlmir. Bunu necә bacardığını hәlә dә
dәrk elәyә bilmirәm. Altı uşaq – üç qız, üç oğlan idik.
Bizim xatırlamadığımız iki uşaq da ölmüşdü. Bir gün
qapımıza bir neçә adam gәlib evin sakinlәrini soruşublar.
Növbә uşaqlara çatanda atam “Üç”, – deyib, yalnız
oğlanların adını sayıb, “Sәnin üç yox, altı uşağın var, Bәkir
kişi”, – qapıbir qonşumuz atama deyib, atam da tәәccüblә
gözlәrini döyә-döyә mızıldayıb: “Hә, qızları da soruşur-
suz?” Qonşu dayıya tәrs-tәrs baxmasından hirslәndiyini
başa düşmüşdüm. Halbuki qızlarını oğlanlarından daha
çox sevirdi. Qaytanları bir-birinә bağlanmış ayaqqabıları
cüt-cüt heybәsindәn çıxaranda hansımızın ayaqqabısı әlinә
keçirdisә, ona “Geyin görüm, qurumsaq,” – deyirdi. Bun-
lar bizi әzizlәyәndә işlәtdiyi sözlәr idi. “Qurumsaq” sözü-
nü eşidәndә az qala sevinirdik. İpin ucunu dişlәri arasında
sıxıb hirslә sicimi mumlayırdı. Eşşәyin palanını tәmir
edәcәkdi. Atam bax belә kişi idi.

Sobanın üstündәki çaydan pıqqıldayırdı. Әvvәllәr
hәmişә odun sobasının üstündә su qabı olardı. İndi heç
hәmin odun sobası da yox idi. Tәzәsini mәn olmayanda
düzәltdiriblәr. Oğlan hәlә dә marçamarçla anasını әmirdi.
   300   301   302   303   304   305   306   307   308   309   310