Page 297 - antologiya
P. 297
inə İşınsu Öksüz

GECİKMӘ! ANCAQ HARA?

Nә yaman uzun qışdır! Başımız üzәrindә uçuşan 297
qar dәnәciklәri vә buzla örtülmüş küçәlәr
Allahın cәzasıdır, nәdir? Adamların sifәtlәri onsuz da
qәribәdir. Guya “dәmir pәrdәli” ölkәlәrinә “qaşqabaqlı in-
sanlar ölkәsi” deyirlәr. İndi görürәm elә bunlar da bizim
adamlarımıza oxşayır... Ehhh... Sanki donmuş sifәtlәrindә
minillik bezginlik, qıyılmış gözlәrindә açıq-aydın niga-
ranlıq var: kim, kimi, nә vaxt?
Hәlә sәn ağızlarının açılmağını görәsәn – sәslәri hәr
dәfә içlәrindәn qәzәbli, bәzәn sәbirlә, bәzәn söyüşlә,
ancaq daim yeknәsәq bir kini sıçrada-sıçrada çıxır. Deyә-
sәn, yeganә dәyişmәyәn şey elә bu kindir.
Qar lopa-lopa yağır. Onu “ağ kәpәnәklәrә” bәnzә-
dәnlәr dә olub. Yaxud bizimkilәr әvvәllәr şeirlәr qoşub,
sәfasını çәkiblәr...
Әvvәllәr, bir vaxtlar... filan. İndi “Qış olimpiadaları”-
zad meydana çıxıb.
Televizorda görürük. Onsuz da ürәklәrimiz buz tutub,
hәm dә üstünә qar yağır. Onlar idman, әylәncә, mübarizә,
zәfәr mәqsәdi ilә başqa dünyanın ayrı – daha doğrusu,
mәnә tanış olmayan vә anlaşılmaz zövqünü yaşayırlar.
Halal olsun, ya da... mәnә nә?!
Lopa-lopa qar yağır. Mikroavtobus yoxdur. Avtobus
isә bizim yoxuşu çıxa bilmir. İstәr-istәmәz piyada gedirәm.
Düz vaxtında idarәdә olmalıyam. Sәnәd imzalanmalıdır.
Ondan sonrası asandır. Kürәyimi hıqqana-hıqqana
isinmәyә çalışan radiatorun bir tәrәfinә söykәyib yun
köynәyimi toxumağa davam edәcәyәm. Bir qolu qalıb, bu
gün-sabah bitirәrәm. Bu mәqamda makinada yazı
yazdırmaq istәyәn “igid” çıxsa – onsuz da çıxmayacaq –
   292   293   294   295   296   297   298   299   300   301   302