Page 311 - antologiya
P. 311
inc Çokum 311

vardı. Vәssalam. Sehrli nağıl bağçası-filan yox idi. Bәlkә
dә, o ağ evin sehrinә düşmüşdülәr. Tәnbәl-tәnbәl uçan iri-
qanadlı qağayıları da rәsmlәrinin bir guşәsinә çәkәcәk-
dilәr, görәsәn?

Qoca polis soruşdu:
– Hansını bәyәndin? Hansımızın rәsmi daha gözәl-
dir?
Bağbanın oğlu gülümsәdi. Rәsmlәrә yenidәn diqqәtlә
baxdı. Amma verәcәyi cavabı da çoxdan hazırlamışdı.
– İkisi dә gözәldir...
– Düz deyil! – Ağsaqqal dedi. – İki gözәldәn biri müt-
lәq o birindәn daha gözәl olmalıdır. Hә, qәrarını ver!
Bu, yarış idi, yoxsa zarafat? Sanki indi üçü dә eyni
yaşda idilәr. Gülüşürdülәr.
– Yaxşı, – bağbanın oğlu dillәndi. – Sizinki daha
gözәldir.
İnciyәcәyini fikirlәşib gimnastika müәlliminә baxdı.
O, qırımından heç dә inciyәnә oxşamırdı.
– Әlbәttә ki, ustamın rәsmi daha gözәldir. Mәn rәsm
çәkmәyә yenicә başlamışam. O isә iyirmi ildir çәkir.
İyirmi il – iyirmi yaşında igid demәkdir.
– Zövq almaq üçün çәkirәm, – qoca rәssam dedi. –
Bәzi şeylәri unutmaq üçün bununla mәşğul oluram.
Başımı qatıram da. Son iki ildә çox işlәmişәm.
– Tәqaüdçü olmaq çәtindir, – o biri dillәndi. – Görәk
mәnim günüm necә olacaq...
– Tәkcә tәqaüd deyil, oğlum barәdә dә fikirlәşirәm.
Qürbәtdәki oğlum barәdә. Sәfirlikdә işlәyir. Mühafizә
polisidir. Yәni iynә üstündә yaşayır. Allah onu mәnә çox
görmәsin.
Ardınca nәzәrlәrini uzaqlara, o dumanlı, solğun
tәpәlәrә zillәyib:
– Çәtindir... Hәr dәrdә dözmәk olar, övlad dәrdindәn
başqa, – dedi.
   306   307   308   309   310   311   312   313   314   315   316