Page 313 - antologiya
P. 313
inc Çokum 313

– Deyәsәn, it rәsmlәrimizi bәyәnmәdi.
Bu sözlәri gimnastika müәllimi söylәdi.
Güldülәr.
Balıqçı da gәlirdi. Bu, onun qayığının sәsi idi. Başqa
kimin ola bilәrdi? Bәli, odur. Bu şәn sәs ancaq onun
qayığının mühәrrikindәn çıxa bilәrdi.
Balıqçının sәsi gәlәndә pәrdәlәr tәrpәndi, pәncәrәlәr
açıldı. Az sonra әllәrindә qabla limana gәlәnlәr göründü.
Gimnast daha rәsm çәkmir, balıqlara baxırdı.
– Siz bir bunlara baxın. Bunların rәsmini çәkmәk
lazımdır, bax, bunların, – balıqçı deyirdi .
Budadığı ağacları әl arabasına dolduran bağban da
uzaqdan onlara baxırdı. Oğlu hәlә dә orada idi. “Heç dostu
yoxdur”, – kişi ürәyindә dedi. – Kәnddә var, burada yox-
dur. Kәnddәki ev onu sıxır. Bu imtahandan keçsә...
Bilirәm, gecә dә yuxusuna girir. Böyük-böyük kitablar
görür, kağızlarla әllәşir. O gün anası dua yazdırıb ki,
imtahanı yaxşı keçsin. Uşaq elә hazırlaşmışdı, sanki
müharibәyә gedirdi. Onlara deyirәm, ölüm-itim deyil...
Qәbul olunmasa, ölmәliyik bәyәm? Dostu yox, yoldaşı
yox. Buradakı uşaqların çoxu ankaralıdır. Yaxşı mәktәb-
lәrә gedirlәr. Biri mühәndis, biri hәkim olacaq. İndi
deyirlәr, diplomun da bir qiymәti yoxdur. Necә yәni yox-
dur? Oxumuşla oxumamış eynidir? Mәn ona bu maqnoliya
kimi tәrtәmiz ürәk verdim. Adam olmaq fikri varsa, ola-
caq. Baxsın görsün, qürbәt ellәrdә çörәkpulu qazanmaq
üçün adamın başına nәlәr gәlir. Düz deyirlәr, әziyyәtsiz iş
yoxdur. Amma bu әziyyәt vәtәndә çәkilsә, o qәdәr dә çәtin
olmaz. Oxumaq fikri varsa, oxusun. Amma bir gün başını
dik tutub bizә qarşı saymazlıq etmәsin. Oxuyub özünә gün
ağlayacaq. Mәnim, çox şükür, maaşım, sığortam var. Evim
dә var. Nә etsә, özü üçün edәcәk. Bax hәlә orda vaxtını
keçirir. Bağçanı suvarmağa kömәk edәcәkdi. Orada nә var
axı? Rәsm çәkәnlәr, balıqçının qayığı, dәniz, dağ, tәpә...”
   308   309   310   311   312   313   314   315   316   317   318