Page 314 - antologiya
P. 314
Türkiyə ədəbiyyatı antologiyası

Bağbanın oğlu balıqçının dünәn gecә dediklәri barә-
dә düşünürdü. Onda yaman qәzәbli idi. Әvvәlcә sahildәn
ona tamaşa etmişdi. Balıqçı dәnizә tor atmışdı. Yanında
başqa bir adam da vardı. Balıqları gicәllәndirib tora
yığmaq üçün dәyәnәklәrini fasilәsiz suya çırpırdılar.
Qayığın fәnәri torun әtrafında şeytan gözü kimi dolaşırdı.
Sonra ona qumsalda rast gәlmişdi. Oturub içirdi. Qayıq-
ların hәndәvәrindә gәzәn uşağı әvvәlcә Miçoya bәnzәt-
mişdi. Astadan:

– Miço, әclaf it, sәnsәn? – Demişdi.
Qәfildәn bağbanın oğlunu görәndә o da çaşmışdı.
Gözlәrinin içi parıldayırdı. Onu heç belә görmәmişdi.
İçmişdi. Atasının içkidәn vә içәn adamlardan heç xoşu
gәlmirdi.
– Sәnsәn? Bağbanın oğlu?
– Mәnәm.
314 – Gәl otur!
Oturmuşdu. Belәliklә, balıqçı heç kәsә danışmadığı
sirrini ona açmışdı. Danışmasaydı, ölәrdi.
– Qulaq as, bala, – demişdi. – Şeytan fәnәri bu gecә
mәnә yol göstәrir. Bu gecә adam vuracağam. Qızımı, bir
dә o adamı vuracağam. Namus mәsәlәsidir... Ünvanı
öyrәndim. Pendikdәki bir evdә kirayә qalırlar. Bir azdan
Pendik sahillәrinә çıxacağam. Gedib ikisini dә... (Balıq-
çının bu sözlәri gәncin hәlәlik zәdәlәnmәmiş, gözәlliklәrlә
dolu dünyasına qaranlıq çökdürmüşdü. Hәmin mәqamda
hәyatın başdan-ayağa yalan olduğunu anladı. Özünü
gәlәcәkdә rastlaşacağı bәzi çәtinliklәrә dözә bilmәyәcәk
qәdәr gücsüz hiss edirdi). Qәrarım qәtidir . Vuracağam.
Keçәn dәfә dә bu fikrә düşdüm. Qayığı o tәrәfә sürdüm.
Amma qayıtdım. Kişi evlidir. Kirayә ev tutublar. Qızım
saçını saraldıb. Siqaret çәkirmiş. Qırx il çәkәnlәr onun
yanında heç nәdir. Bir toyda görәn olub. Üz-gözü rәng-
boya içindә imiş. Bu gecә dәnizә tor atanda elә bilirdim
   309   310   311   312   313   314   315   316   317   318   319