Page 256 - antologiya
P. 256
Türkiyə ədəbiyyatı antologiyası

Gülsatanın әmәli-başlı qorxmuş sifәtinә, böyümüş
gözlәrinә fikir vermәdәn rahat nәfәs aldı:

– Yolun hansı tәrәfәdir?
Gülsatan çaşqınlıq içindә burnu vә çәnәsi ilә
gedәcәyi sәmti göstәrdi. Kişi dillәndi:
– Mәn dә gәlim. Olar, bir az sәnin yanınca gәlim?
Bezәndә deyәrsәn, ayrılarıq.
Yanaşı addımlaya-addımlaya kişi gülsatanın әlindә
dirilәn bәnövşәlәrә baxırdı. Gözlәri doldu.
– Mәnim әlimdә az qala ölәcәkdilәr.
– Sәnә elә gәlir, bәy. Bәnövşәlәr kiminsә әlindә
ölmәz. Onlar hamını sevir. Yaz çiçәklәridir.
– Mәnim әlimdә hәr şey ölür, hәr şey...
Susdu. Sanki nәfәsi tıxanmışdı.
Kişi yenidәn soruşdu:
– Evin varmı, ata?
256 – Var oğul, birotaqlı evim var. Gecәqondu. Bax, düz
orada, o tәpәdә. – Şәhәrin kәnarını göstәrirdi.
– Bәs gözlәyәnin necә, var?
İşığın altında idilәr. Gülsatan mavi gözlәrini kişiyә
dikdi.
– Var, – dedi, – oğlan da, qız da bizi atıb getdi. Elә
ikimiz qaldıq. Bu gün yubandım. Yәqin, arvadımın gözü
yolda qalıb.
Kişi saraldı, titrәdi. Qәfildәn geri qayıtdı. Sapsarı
sifәti getdikcә qaralırdı.
– Anladım, – dedi, sanki sәsi qırtlağında ilişib
qalmışdı. – Bәnövşәlәrin әlimdә niyә öldüyünü indi başa
düşdüm.
Gülsatan işığın altında donub-qalmışdı.
Kişi qaranlığa tәrәf gedirdi.
   251   252   253   254   255   256   257   258   259   260   261