Page 254 - antologiya
P. 254
Türkiyə ədəbiyyatı antologiyası

– Bunlar hәrarәt saçır, bәy. Xanımınızı sevindirәr!
Bunlar yaz qoxusudur...

Gülsatan onun bәnövşәni almayacağından qorxurdu.
Fikirlәşirdi ki, sata bilmәsә, bu küncdә belәcә gözlәyә-
cәyәk, lap gecәyәcәn.

Halbuki kişi heç dә onun ümidini öldürәcәk adamlar-
dan deyildi. Enli sifәti yenә mülayimlәşmişdi. Gözlәri
dәrinlәşmişdi: içi parıldayırdı, әn azı, bәnövşәlәr qәdәr isti
idi.

– Neçәyәdir?
Bu sözlәr hәmin mәqamda yalnız gülsatanın deyil,
key-key yağan qarın da kefini açmış, qatı qaranlığı da
sevindirmişdi. Kişinin bәnövşәlәrә tәrәf uzanan әli dә
gülsatanın üşümüş әlini isitmişdi. O, müştәrisini itirmәk
qorxusu ilә cәld:
– Beş lirә, bәy, – dedi. – Üçü beş lirәyә. Yazın gәlişi
254 üçün beş lirә çoxdur ki?
Kişinin barmaqları artıq bәnövşәlәrә toxunmuşdu.
Gülsatan yorğun vә ümidsiz sәslә:
– Amma baxın da, nә verirsiniz, verin, görürsünüz dә,
axşam düşüb. Bunlar da axıra qalanlardır. Nә verirsiniz,
verin, – dedi vә bәnövşәlәri kişiyә uzatdı.
Kişi zәrif bәnövşәlәri incitmәkdәn ehtiyatlanaraq
oxşayanda istәyirdi ki, gülsatan danışsın, daha çox
danışsın, bu söhbәt daha da uzansın, istәyirdi ki, o yoru-
lanacan, qar kәsәnәcәn, sәhәr açılanacan danışsın. Bir dә
o gәlәnәcәn – indi uzaqda qalan, inanmadığı, etibar etmә-
diyi üçün ona qoşulmayan hәmin qadın gәlib çıxanacan...
Amma gülsatanın qorxusunu vә kәdәrini duyanda bunun
baş vermәyәcәyini, qarın dayanmasının, sәhәrin açılma-
sının vә o qadının gәlmәsinin mümkün olmayacağını başa
düşdü.
Cibindә bayaqdan әliylә tutduğu әzik kağız pulu
çıxarıb gülsatana verdi. On lirә idi, – demәk olar, son pulu.
   249   250   251   252   253   254   255   256   257   258   259