Page 249 - antologiya
P. 249
ık Dursun Kakınç

başqa idi. Biz vardıq. İki axmaq. Bir-birini sevәn, ya da
bir-birini sevdiyini güman edәn sәn vә mәn idik. Bilirsәn
ki, bu, yuxu imiş? Mәnә elә gәlir. Sәni heç belә görmәk
istәmәzdim. Mәn dә sәni belә görmәk istәmәzdim. Belә...
Yәni... Niyә o şәkli cırdım, niyә saxlamadım? Bilmirәm.
Mәn dә axmağam, axmağın lap yekәsiyәm. Sәn dә. İkimiz
dә. İkimiz dә axmağıq vә... İndi utanırıq, ağlamaq da
istәyirәm. Biz... Bir-birimizi sevdik. Sevmişdik, elә deyil?
Mәnә bunu de. De! İndi. Mәnә de. Bәli, “sәni sevirdim”
de, “sәni sevmişdim” de. Hә, susma, danış, söylә,
gözlәyirәm. Mәnә bax, üzümә, gözlәrimin içinә bax. Sәn
mәni sevirsәn. Bunu bilirәm. Bunu özün dә çox gözәl
bilirsәn. Ah, nә qәdәr axmağam, nә qәdәr axmaqsan, nә
qәdәr axmağıq.)

Qalxdı, yaxınlaşdı, yavaşca әyildi, alnından öpüb 249
getdi.

Saçlarını ikiәlli boynunun arxasına yığıb onun ar-
xasınca baxdın.
   244   245   246   247   248   249   250   251   252   253   254