Page 248 - antologiya
P. 248
Türkiyə ədəbiyyatı antologiyası

...düşündüm, görәsәn, ölsәm, yasıma da gәlmәz.
Yasıma?.. Mәnim? Ona çox qәzәblәndim. Bәli, çox
qәzәblәndim, hәr gün ağladım. Hәr gün ondan xәbәr
gәlәcәyini gözlәdim. Yox, axtarmadın, zәng etmәdin,
mәktub yazmadın, teleqram vurmadın. Yox! Ad günüm
oldu, zәng etmәdi. Amma... bir gün... möcüzә baş verdi.
Şübhәsiz... Hәrәmiz xәttin bir başında idik. Onu çağırdım.
Nәdәn utanıb-sıxılmalı idim axı? Alçalmaq, qürurun
sınması nә demәkdir axı? Boş şeydir! Gәl... dedin. Sәn
dedin. Mәn dedim. Bәli, ona gәl dedim. Nә vaxt? Bu gün...
Olar? Tәbii ki, sәni qarşılayaram. Tәbii ki, saçlarımı aç-
maram. Heç açmaram, yığaram. Bәli, boynumun arxasına.
Lap yuxarıya. Sonra. Evә gәlәndә... Mәtbәxdә boynum-
dan öpәrsәn, hә? Hә, bәli, tәbii ki, çox darıxmışam. Yox,
ikimiz dә axmağıq. Sәn dә, mәn dә. Amma bizә yaraşır.
İki axmaq! İki sevәn axmaq. Biz.)
248 – Sonralar, hәmişә düşündüm... – dedi

– Nәyi? Başa düşmәdim, – dedi.
– O gecә... Mәn... Mәn... halsız idim, – dedi. Bunu
söylәyәndә gözlәrini qaçırmağa çalışdı. (Elә dә olsa...
Әgәr lap elә dә olsa... Artıq çox gec deyilmi? Bәli, çox gec
idi, bir-birinizdәn qopmuşdunuz. Nә qәdәr vaxt keçdi?
Neçә çәrşәnbә axşamları, neçә aylar vә neçә illәr ötdü?
Zaman da çox amansızdır. İndi yadımızdan çıxıb.
Yadımıza sala bilmәrik. Xatırlaya bilmәrsiniz. Sәni mәnә
xatırladacaq nә qalmışdı axı? Sәni mәnә xatırladacaq heç
nә qalmamışdı – ürәyimdә dә, әtrafımda da. İnan, qәlbim
buza dönmüşdü. Bәzәn yadıma düşürsәn. Yalandan
“yadıma düşmürsәn” deyirәm. Amma ötdü. Bәli, artıq
keçdi. Hәr şey әfsanәyә çevrildi. Bu qәdәr il keçәndәn
sonra. Başqaları da әfsanәyә çevrildi. Onlar da, mәn dә,
bәli. Amma... Neçә ildәn sonra... Axtarıb tapır, durub
gәlirsәn. Niyә? Bu, çox pis şeydir. Çox pis. Keçmiş bun-
dan sonra ikimizә dә heç nә qazandırmaz axı. O vaxtlar
   243   244   245   246   247   248   249   250   251   252   253