Page 244 - antologiya
P. 244
Türkiyə ədəbiyyatı antologiyası

YAY BİTӘNDӘN SONRA

Oturmuşdular. Üzbәüz. İkilikdә. Tәk idilәr. Ba-
yırda (içәridә dә) hava qaralmışdı. Yox, gecә
deyildi (Yay da deyildi). Soyuq, dumanlı-çiskinli noyabr
günü idi.
Bu gün neçәnci gün idi? Bilmirdi (O da bilmirdi, mәn
dә. İllәr vә çәrşәnbә axşamları. Әvvәlki çәrşәnbә axşam-
ları... O keçmiş çәrşәnbә axşamlarının birindә deyilik.
Narahatam. Narahatsan. Küçә vә bu zal. Onu da olduğu
kimi görürәm. Heç dәyişilmәyib. Eynidir. Hәmişә eynidir.
Hәr zaman. Bax heç dәyişmәyәcәk dә. Heç nә dәyişmәyib.
Onu dәyişdirә bilmәdim. Mәni dәyişdirә bilmәdi. Amma
yox, o, mәni dәyişdirdi. Dәyişmişdi. Hәr çәrşәnbә axşamı
onun üçün başqa adam idim... Bәli, mәcburәn. Xilas ola
244 bilmәdәn. Onun istәdiyi, düşündüyü, gözlәdiyi, mәnim elә
olmağımın zәruriliyinә inanan adam).
– Çoxmu vaxt keçdi? – Soruşdu.
Bilirdilәr. Bәli, uzun vaxt keçmişdi. Görmәdәn...
Görüşmәdәn... Rastlaşmadan... Bunu demәdi. O nәdir, bu
nәdir, dillәnmәdi... Susdu. O da susdu.
– Çox vaxt keçdi, elәmi?
(Bәli, amma o çox vaxt nә qәdәr zamanı әhatә edirdi?
Çox vaxt ötdü, çox vaxt keçdi vә ayrıldıq. Ayrılmışdınız.
Bir gecәdә vә qәfildәn. O da xeyli әvvәl baş vermişdi,
xatırlayırsınızmı? Oturmuşdunuz. Oturmuşduq. Danışır-
dınız. Danışırdıq. Mәn danışırdım, o susurdu, o susurdu.
Hәmişә eyni cür olurdu. Daim. Mәni dinlәyirdi. Sәni.
Danışdıqlarımı. Nә danışırdın ona? Unutdum. Kimlәr
haqqındasa bir hadisәdәn, bәlkә dә, bir qadından. Bәli, ola
bilәr. Bәlkә dә, bir yas barәdә. Ortaq tanışımız ölmüşdü
vә o, yasa gәlmәmişdi. Bәli, gәlmәmişdim. Sәni soruşmuş-
dular.)
   239   240   241   242   243   244   245   246   247   248   249