Page 245 - antologiya
P. 245
ık Dursun Kakınç 245

Әllәrinә baxırdı. Әllәri çox qırışmışdı, әvvәlkilәr
deyildi (Nә böyük axmaqlıqdır! Hәr şeyi bilir, bilә-bilә dә
gözlәyirsәn, mәndәn “üzüyün hanı?” soruşsun. Soruşsun,
çünki onun üzüyü idi, o vermişdi. Mavi әqiq daşlı üzük
idi. Gümüşdәndi. Onu gözlәdim. Onu... Çox... Üzük
barmağımda idi. Çıxarmamışdım. Hәm dә uzun müddәt.
Bәli, çox uzun müddәt! Sonra çıxarıb siyirmәdә gizlәtdim.
Bir daha taxmamaq, görmәmәk, xatırlamamaq üçün. Mәnә
onu xatırladacaq heç nәyi istәmirdim. İstәmәmişdin. Bәli,
bir üzük belә. Şәkillәri cırdın. Ah, o şәkillәrin birindә çox
gözәl idi. Bәli! Harada çәkdirmişdi, ora hara idi...
demәmişdi. Sıxağaclı bir yerdә, әlindә papiros, әynindә
açıq rәngli plaşla dayanıb sәnә baxırdı. Mәnә baxırdı.
Tәbii ki, mәnә... Bütün şәkillәrdә yox, әn çox o şәkildә
baxırdı. Payız idi. O şәkildә payız vardı, yer saralıb-
solmuş yarpaqlarla örtülmüşdü, arxa tәrәfindәki ağaclar
çılpaqlaşmışdı. Bәs o şәkildә başqa nә vardı? Ürәyimi belә
sıxan nә idi? Ağaclar? Geniş, sәrhәdsiz mәkan? Qeyri-
müәyyәn zaman, fәsil, onun bir anda donub-qalmağı? Nә
idi?

...Orada dayanmışdı. Qımıldanmırdı. Ürkmüşdüm,
ürәyim gizildәmişdi. Hәmişә o şәkildәki kimi orada qala-
caq... Donmuş halda... Hәrәkәtsiz vәziyyәtdә... Yeriyә
bilmәyәcәkdi; papirosunu çәkmәyәcәk, qatarlara minmә-
yәcәk, gәmilәrlә dәnizlәrdәn keçmәyәcәk, әlindә çiçәk,
әvvәlcә ümumi qapının girişindәki dörd pillәni, sonra onu
gözlәyәn on bir pillәni çıxıb qapımı yavaşca döymәyәcәk.
Qapını açmayacağam, qarşılamayacağam, öpmәyәcәyәm,
otağa dәvәt etmәyәcәyәm, oturmağını gözlәyib içmәk
üçün nә istәdiyini soruşmayacağam. Mәn mәtbәxdә
olanda... Sәn mәtbәxdә olanda arxadan qucaqlayıb boy-
nundan öpmәyәcәk. Saçlarımı arxadan mәni mәxsusi
әsәbilәşdirmәk üçün ikiәlli yığmayacaq. Ah, bu şәrab nә
qәdәr gözәldir! Dünәndәn soyuducuya qoymuşdum. Niyә
   240   241   242   243   244   245   246   247   248   249   250