Page 246 - antologiya
P. 246
Türkiyə ədəbiyyatı antologiyası

şәrab içirik? Ona görә ki, mәn şәrab içmәyi sevirәm. Sәn
belә deyәndә gülәrdi?).

...Bir dәfә dә zәng etmәmişdi. Düzdür. O da ona zәng
vurmamışdı. Zәng edә bilәrdi, amma etmәmişdi.

– Sәnә zәng etmәdim, edә bilmәdim, – dedi.
(Hәmişә belә olmaz axı! Yadına sal, çünki unutma-
dın, heç unuda da bilmәzsәn. O biri ayrılıqlarımızda da
unutmadın. Xatırla, hәmişә sәn getdin. Sәn. Yox, hә, sәhv
elәdim. Bir dәfә dә mәn getdim. Bir dәfә dә o getdi.
Xatırla, yenә bir çәrşәnbә axşamı idi. Zәng gәldi. Bәs nә
vaxt gәlir, saat neçәdә evdә olacaq, onu qarşılayacaqsan?
Eyni suallar, eyni hadisәlәr. Eyni. Bәli, әzizim, tәbii ki,
gözlәyirәm, әzizim. Bilirsәn, sәnin üçün çox darıxmışam.
Qatar saat neçәdә gәlir, dedim. Yaxşı, әzizim, mәn
vağzalda olacağam, gәlәrsәn, sonra maşınla qayıdarıq.
İkilikdә. Saçlarını açıb-tökmә! Saçlarını yığ! Belә olanda
246 sifәtin çox gözәl görünür. Mәnә inan. Sәnә inanıram.
Sәnә... Yox, istәmirәm! Saçlarımı yığmayacağam. Heç
yığmayacağam. Hamısını açıb-tökәcәyәm. Qoy sifәtim
çirkin olsun. İşimә qarışma! Yox, gözlәmirәm, yox, heç
vaxt gәlmә, yox, sәni qarşılamayacağam, sәnin üçün heç
darıxmamışam, vağzala gәlmәyәcәyәm, bütün qatarlar
keçib getsinlәr, hamısı cәhәnnәm olsun. Mәn... Mәn
yoxam. Yoxam!)
– Bәli, zәng etmәdim, – dedi.
– Sәn dә zәng etmәdin, – dedi. (Niyә, nә üçün? Nәyә
görә? İstәyirәm, zәng gәlsin. İstәyirәm, mәnә zәng etsin-
lәr. İstәyirdim. Yuxudan oyanır, şırnağın altına girir, sәhәr
yemәyi yeyir, evә qayıdır. Telefon yaddaşının mәnә “göz
vurmasını”, “sәnә zәng etdi”... “sәnә zәng etdi” demәsini
gözlәyirdim. Allahım, mәnә zәng etmişdi. Bәli, bu, onun
sәsi idi, sәsini eşidirdim. Salam, necәsәn, mәnim üçün
darıxmısan, mәni sevirsәn? Mәn dә sәni sevirәm. Yalançı.
Xain. Ondan soruşa bilmәdim. İstәdim, amma soruşa
   241   242   243   244   245   246   247   248   249   250   251