Page 252 - antologiya
P. 252
Türkiyə ədəbiyyatı antologiyası
asılmışdı. Hәr tәrәfindәn insan seli axırdı. İstәr-istәmәz bu
qәlәbәlikdәki sifәtlәrә baxdı. Namәlum yollarda itmiş uşaq
gözlәri qәribә tәrzdә böyüyürdü. Sanki gözlәri bu
izdihamı, yağan qarı, axşamın qaranlığını, yanan işıqları,
şәhәrin yollarını vә evlәrini... sonra sәmanı udacaqdı.
Nәdәnsә gözlәri qәfildәn kiçildi. Әvvәlkindәn dә balaca
oldu. Xovlu paltosunun cibindәki әllәri tәrlәdi. Tәrli әllәri
öz-özünә bükülüb yumruq oldu. Xoşagәlmәz istilik bütün
bәdәninә yayıldı. Ürәyi sıxıldı. Mülayim, enli sifәti dә
gәrilmiş, qapqara dәri kimi yığılmışdı. Әtrafındakı simalar
yad idi – gözlәr dә, bütün gülüşlәr dә yad idi. Onun baş
götürüb gәldiyi yerin adamları belә deyildi... Onun baş
götürüb gәldiyi yerdә gözlәr belә baxmır, gülüşlәr belә
vәhşi, soyuq üzlәrә ilişib qalmır, axşamlar öz qaranlığını
belә insafsızlıqla, belә eqoistliklә ora-bura yapışdırmırdı.
O, bir qadının yanına gәlmişdi. Hәmin qadın ötüb-keçәn
252 bu qadınlar kimi tutqun, buzqәlbli deyildi.
Kişi ürәyini, gözlәrini, sifәtini vә әzәlәlәrini sәfәrbәr
edib bir çıxış yolu tapmaq ümidi ilә başını yuxarı qaldırdı.
Evlәrin pәncәrәlәrindә – qaranlığa açılmış, işığı çәhrayı-
dan açıq-qırmızıya doğru dәyişәn pәncәrәlәrdә xilas ümidi
ola bilәrdi. Tapa bilmәdi. Pәncәrәlәrә dә, pәrdәlәrә dә
qaranlıq vә qar nüfuz etmişdi.
Bu vaxt kişi qaçmağa başladı.
Keçib-gedәnlәr bir az әvvәl onlar kimi yavaş-yavaş
yeriyәn, sonra qәfildәn dayanıb adamlara bәrәlmiş
gözlәrlә baxan adamın varlığını hiss etmәdiklәri kimi,
qaçmağının da fәrqinә varmadılar. Hәtta bir-iki nәfәrә
dәydiyinә, bir neçә nәfәrin irәlilәmәyinә mane olduğuna
da әhәmiyyәt vermәdilәr. Bu izdihamın içindә bu cür
sәrsәm-sәrsәm yeriyәn adama yalnız ayaqlarını tapdaladı-
ğına, yerimәklәrinә mane olduğuna görә hirslәndilәr.
Ancaq bu hiddәt uzunmüddәtli, ona qarşı maraq doğur-
mağa sәbәb olacaq bir hiddәt deyildi. Hәm dә bu, çox az
çәkdi, tez dә unuduldu.