Page 261 - antologiya
P. 261
kir Yıldız 261

– Qardaşımı görә bilmәdim. Kaş bu gün mal otar-
mağa getmәyәydi. Sağollaşa bilmәdim.

– Qismәtdә varsa, mütlәq bir gün görәcәksәn, – Şara
qızına cavab verdi. Bu saat ümid Genzua üçün dağlardan
da böyük bir şey idi.

– Mәnim әvәzimә qardaşımın gözlәrindәn öpәrsәn.
Atama da xәbәr göndәr.

Ana-bala bir-birini elә qucaqladılar ki, sanki bir dә
heç vaxt görüşmәyәcәkdilәr. Şara yerdәn bir daş götürәrәk
yas yerinin qapısına atsa da, açan olmadı. Qızına tәrәf
çevrilib:

– Qızım, birdәn sәni qıraq yerә satası olsalar, dama
çıx, pәncәrәmizә daş at. Getmәzdәn әvvәl axırıncı dәfә
sәni görüm.

Anasına yazığı gәlәn Genzua:
– Hә, yaxşı ana. Söz verirәm, sәni görmәdәn uzağa
getmәyәcәyәm.
Zәif meh әsmәyә başladığı üçün әtrafdakı toz ora-
bura uçmağa başladı. Yas yerindәki ağı sәslәri dә uçub ul-
duzlar kimi göy üzünә sәpәlәndi.
Şara bir dә evin qapısına daş atdı. Qapı yavaşca açılsa
da, heç kәs görünmürdü. Elә bil qapını gözәgörünmәz
kimsә açmışdı. Qocaldıqca balacalaşan nәnәsinin qara
çarşabına bürünmüş on üç yaşlı Genzua hәmin evә tәrәf
getdi.
   256   257   258   259   260   261   262   263   264   265   266