Page 263 - antologiya
P. 263
zai Qaraqoç

İZ

Mәni basdıran da olmayacaq, – kişi ürәyindә 263
dedi, – amma eybi yox, mәn öz-özünә bas-
dırılan ilk adam olacağam. Özü özünü basdıran adam.
Evin divarlarını tәmir edirdi. Qopmuş daşları yerinә
qoyur, köhnәlmiş taxtaları dәyişir, kirәmitlәri sürüşüb
düşmüş artırmanı düzәldirdi. Amma ev әvvәlki evә
oxşamırdı ki, oxşamırdı. Bir tәrәfini düzәldәndә o biri
tәrәfi әldәn gedirdi. Ev dağıldıqca kişi onu tәmir edirdi.
Amma bu tәmir evin dağılmağının qarşısını ala bilmirdi.
Tәmir dağıntının sürәti ilә ayaqlaşa bilmirdi. Evlә adam
arasında gedәn bu qarşıdurma fasilәsiz davam edirdi.
Qeyri-ixtiyari düşündü: “Ev – evә söykәnәr. Tәnha
ev güclü ola bilmәz. Bitişik olmasa belә, hәr halda, bir-
birinә dayaq olarlar. Ailәlәr arasında görünmәyәn bağlar
olduğu kimi, yәqin, evlәr dә bir-birinә elә bağlanırlar. Hәr
ev ayrı vә hәrәsi bağın bir küncündә olsa da, yenә hamısı
bir-birinә söykәnir. Bir-birilәrinә baxmaları özlәrinә inam-
larını artırır. Sanki biri o biri ilә yaşayır. Evlәr tәnha ola
bilmәzlәr”.
Bir payız günü idi. Getdikcә sәsini vә sürәtini artıran,
qışın yaxınlaşdığını xәbәr verәn şiddәtli külәk әsirdi.
Orda-burda uçuşan yarpaqlar kişinin nәzәrindә sanki
özünü hәlә dә bitmәmiş kimi göstәrәn mövsümün rәmzinә
oxşayırdı. Köçәri olmayan quşlar da şәhәri tәrk etmişdilәr.
Nә sәrçә, nә bülbül, nә dә başqa bir quş gözә dәyirdi.
Zorla eşidilәn sәslә deyindi: “Deyәsәn, artıq vaxtdır.
Hәr şeyin bir mәqamı var. Hәmin mәqam yaxınlaşdı.
Hissiyyatı bu evi aldatmadı. Onsuz da bu tәnha ev
artıqlaması ilә müqavimәt göstәrdi. Ondan daha çox şey
tәlәb etmәk әdalәtsizlikdir. Amma yenә dә mәnim vәzifәm
onu tәk qoymamaq idi. Axı o da mәni heç vaxt tәk qoy-
   258   259   260   261   262   263   264   265   266   267   268