Page 266 - antologiya
P. 266
Türkiyə ədəbiyyatı antologiyası

mızıldanırdı. Әtdәn-sümükdәn olmayan hәmin varlıq evlә
onun arasındakı körpü vәzifәsini daşıyır, demәk olar, hәr
ikisi arasında birinin dediyini o birinin dilinә çevirәn
tәrcümәçi kimi yaşayırdı.

Külәk getdikcә şiddәtlәnmәyә başladı. Hava qaral-
mışdı. Evin üzәrini qapqara buludlar örtmüşdü. Ev hiss
edilәcәk tәrzdә titrәmәyә vә yellәnmәyә başlamışdı. Bir
tәrәfdә oturdu. Yorğun idi, çox yorğun. Sәhәr açılandan
bәri әllәşmiş, gündәlik tәmir işlәrini başa çatdırmışdı.
Artıq günün batmasını gözlәmәkdәn başqa, işi qalma-
mışdı. Geyiminin sökük-cırıqlarını tikmәyә dә artıq
әvvәlki kimi fikir vermirdi. Qәfildәn özünü min yaşında
hiss etdi. Qәfildәn dә öz içindә boğulmağa başladı. Evi,
özü vә içindәki adam bir uçurumun qırağında idilәr.
Şiddәtli fırtına onları bir-birinә pәrçimlәyib, tәk vücud
edib uçurumdan aşağı yuvarlamaq istәyirdi. O, evini vә
266 içini sanki özgә adamın bәdәni ilә qoruya-qoruya, әllәri
ilә ordan-burdan tuta-tuta müqavimәt göstәrmәyә, ayaq
üstә dayanmağa çalışırdı. Ancaq müqavimәt göstәrdikcә
külәk daha da şiddәtlәnirdi. Fırtına divә vә şeytana
bәnzәmәyә başlayırdı. Divin alovdan saçları vardı,
gözlәrindә şimşәklәr çaxırdı. Amma o, yenә müqavimәt
göstәrirdi. Evi әyninә paltar kimi geyinmişdi. Sanki
dәrisinә yapışmış içindәki adam da ruhunun bir küncündә
qorxudan büzüşmüş, çömbәlmişdi. O, yerindәcә var gücü
ilә dirәnmәyә çalışır, ancaq hәr an uçuruma tәrәf bir az da
sürüklәnirdi. Daha sonra uçurumun kәnarında, qayalıq-
larda bitmiş otlardan başqa, tutmağa heç nә qalmadığını
başa düşdü. Ardınca da dәhşәtli sәs, qorxunc işıq peyda
oldu... Artıq hәr şey bitmişdi.

Zәmanәmizin adamlarının mәşğuliyyәtlәrindәn biri
dә dağlara çıxmaqdır. Belәliklә, neçә-neçә zirvә fәth edilir.
Sanki çıxılmamış bir dağ belә qalmayıb. Bax elә bir gün
bir dәstә adam namәlum yüksәklikdәki dağa çıxanda orada
   261   262   263   264   265   266   267   268   269   270   271