Page 270 - antologiya
P. 270
Türkiyə ədəbiyyatı antologiyası

yumşaltdığı üçün әtrafımdakı adamları görmәyә, sәslәri

eşitmәyә başladım. Xaricdәn gәlәcәk qatarı gözlәyirdilәr.

Hamı bir-birinә gülümsәyir, sәmimiyyәt havası әtrafı

bürüyürdü. Mәn dә gülümsәdim (bu, bir az da içkinin tәsi-

rindәn idi). Sonra onlarla birgә hәyәcanlanmağa başladım.

Xüsusilә qatar yoluna baxdıqca adamın hәyәcanı daha da

artır. Sanki mәnim dә bir yaxınım, dostum gәlәcәkdi.

Sanki qatardan, mәsәlәn, Nazlı düşәcәk, boynumu

qucaqlayacaqdı. Mәn dә bütün baş verәnlәri bir andaca

unudub onu bağışlayacaqdım. Tez maşına minәcәkdik, hәr

şey dә hәmin mәqamda düzәlәcәkdi. Hamının sәbri

tükәnmişdi. Yәqin ki, qatar bir az gecikirdi. Mәn qatarın

vaxtını bildiyimә görә bir az rahat idim.

Artıq mәnim dә gözlәrim dәmiryoluna dikilmişdi.

Qatar gәlәndә hamı kimi hәyәcanlı, hamı kimi sәbir-

sizdim. Hamı ilә birgә gülümsәyirdim. Adamlar, yaxındakı

270 masaların arxasında oturanlar rakı içә-içә sәrnişin
gözlәyәn bu adama, yәni mәnә, hәtta bir az da hәsәdlә

baxırdılar. Mәn tәmkinli adam roluna girmişdim. Onlar

üçün narahat idim. Qorxurdum ki, birdәn gözlәdiklәri

adam qatardan düşmәz. Gözlәyәnlәrin hamısını bir-bir

müşahidә etmәyә başladım. Әvvәlcә qatarın pәncәrәlәrin-

dәki sәrnişinlәrә baxırdım. Qatardakı sәrnişin birinә әl

etmәyә başlayanda onun sәslәdiyi xoşbәxti tapıb

rahatlayırdım. Sonra başqa әllәrә baxırdım. Onlarla birgә

gülürdüm. Deyәsәn, mәn dә bir-iki dәfә әlimi yellәdim

(yәqin ki, içkinin tәsirindәn idi). Tәbii ki, Nazlı gәlmәdi.

Bir az kәdәrlәndim. Yemәkxanada mәnimlә birgә bir neçә

nәfәr dә vardı ki, onların da gözlәdiklәri gәlmәmişdi.

Әtrafımda qәmimә ortaq olacaq bir-iki nәfәrin dә qalması,

mәnim dә, hәqiqәtәn, adam qarşılayan, ancaq gözlәdiyi

gәlmәyәn bir kәs kimi vağzaldan çıxmağıma sәbәb oldu.

Sonra azca da gömrük qapısında gözlәdik. Bәlkә dә,

sәrnişinimizi o izdihamda görә bilmәmişdik. Nәhayәt,

boynumuzu büküb çıxdıq – Nazlı gәlmәmişdi.
   265   266   267   268   269   270   271   272   273   274   275